Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Almaniyada “44 günlük vətən müharibəsinin –Azərbaycan Zəfəri” adlı tədbir keçiriləcək

Almaniyada “44 günlük vətən müharibəsinin –Azərbaycan Zəfəri” adlı tədbir keçiriləcək
9-10-2022, 09:27 211 dəfə baxılıb

Almaniyada “44 günlük vətən müharibəsinin –Azərbaycan Zəfəri” adlı tədbir keçiriləcək.
 
VETENİM-AZƏRBAYCANDIR.AZ -a daxil olan məlumata görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai Birliyi tərəfindən yaxın günlərdə Almaniyada fəaliyyət göstərən Azərbaycan evində keçiriləcək “44 günlük vətən müharibəsinin Azərbaycan Zəfəri” adlı tədbirin təşkili layihəsinin icrasına artıq start verilmişdir. 

Layihənin məqsədi, 44 günlük Vətən müharibəsi zamanı Qarabağ torpaqlarımızın erməni  işğalçılarından azad edilməsində başda Cənab Ali baş komandanımız ölkə prezidenti İlham Əliyev, əsgər və zabitlərimizin göstərdikləri şücaət və qəhrəmanlıqlar barədə Almaniyada yaşayan soydaşlarımızı və yerli ictimaiyyət nümayəndələrini məlumatlandırmaqdır.

Tədbirdə layihənin rəhbəri, “Dünya Azərbaycanlıların Həmrəyliyinə Dəstək” İctimai birliyinin prezidenti, politoloq Tofiq Əlizadə "44 günlük Vətən müharibəsi və 270 ildə başımıza gələn milli faciələrimiz barədə tutarlı və tarixi faktlarla çıxış edəcəkdir. 

Deyiləcək ki, Vətən müharibəsi zamanı  qələbəmizin birinci qəhrəmanı Azərbaycan əsgəri,zabiti və Cənab Ali baş komandan  Azərbaycan prezidenti İlham Əliyevdir. 

Nəhayət, Azərbaycan bu tarixi ədaləti təkbaşına bərpa etdi.Azərbaycan təkcə döyüş meydanında deyil, həm də, diplomatiya sahəsində qalib gəldi. 

44 günlük Vətən müharibəsində Zəfər günü Xeyirin Şər üzərində qələbəsi və tarixi ədalətin təntənəsidir. Tarix boyu Azərbaycan xalqı həmişə əmin - amanlığın tərəfdarı olub. 

Azərbaycanın apardığı müharibə ədalətli və müqəddəs Vətən müharibəsi idi. 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq. Vətən müharibəsindəki möhtəşəm qələbə Azərbaycanın tarixinə qızıl hərflərlə yazılaraq, hər bir azərbaycanlının yaddaşında silinməz izlər buraxmış milli birlik, rəşadət və qəhrəmanlıq salnaməsidir.

Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali baş komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.

Azərbaycan böyük qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. 

Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Şükürlər olsun ki, bu gün Azərbaycan müasir silahlanmaya görə, Avropada 2-ci, dünyada 3-cü yerdə qərar tutub. 

Şübhəsiz ki, bütün bu uğurlar dövlətimizin başçısının həyata keçirdiyi məqsədyönlü ordu quruculuğu siyasəti sayəsində mümkün olub.

Bu baxımdan da, Almaniyada bu layihənin icrasını və Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə çatdırılmasına böyük ehtiyac var.  

 
VETENİM-AZƏRBAYCANDIR.AZ 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI