Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Gürcü politoloqlar Praqa görüşünü şərh etdilər - VİDEO

Gürcü politoloqlar Praqa görüşünü şərh etdilər - VİDEO
8-10-2022, 21:43 151 dəfə baxılıb

“Ermənilər anlamalıdırlar ki, hər hansı dövlətin ərazi bütövlüyünü pozmaq, sərhəddə hər hansı hərbi əməliyyat və ya təxribat törətməyə cəhd etmək tarixdə qaldı. Paşinyanın Praqadakı şəkil və kadrları onun və ölkəsinin vəziyyətini açıq şəkildə göstərir”. 
Bu sözləri müsahibələrində gürcü politoloq və ekspertlər bildiriblər. 
Professor, politoloq Vaxtanq Maisaiya Praqada keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşünü belə şərh edib: 
“Bu, olduqca müsbət addımdır. Artıq Azərbaycan və Ermənistan arasında vasitəçilik rolunu Avropa İttifaqının həyata keçirməsi Rusiya Federasiyası və ya hər hansı başqa ölkələrin vasitəçiliyindən daha faydalı olacaq. Hətta mən deyərdim ki, Praqa qrupu Minsk qrupundan daha yaxşı nəticələr verəcək. Hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanıması irəliyə doğru böyük nailiyyətdir. Bu, yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütövlükdə regionda sülhün təmin edilməsi üçün vacib idi. Artıq Ermənistan öz addımlarına daha çox diqqət etməlidir. Belə ki, ermənilər bilməlidirlər ki, hər hansı dövlətin sərhədlərini və ya ərazi bütövlüyünü pozmaq, sərhəddə hər hansı hərbi əməliyyat və ya təxribat törətməyə cəhd etmək tarixdə qaldı. Ermənilər və Ermənistanda hər kəs bunu yaxşı və aydın anladı. Düşünürəm ki, yaxın zamanlarda iki ölkə arasında sülh müqaviləsi də imzalanacaq”. 
Politoloq Alika Quçhua isə Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında vasitəçilik etməkdə maraqlı olmasının səbəblərindən birinin məhz rəsmi Bakının Avropa üçün enerji təhlükəsizliyi baxımından mühüm rol oynaması olduğunu diqqətə çatdırıb. Politoloq Alika Quçhua həmçinin Ermənistanın sülh müqaviləsini yaxın zamanlarda imzalayacağını və rəsmi İrəvanın bundan başqa çıxış yolunun olmadığını da bildirib.
Ətraflı videonu təqdim edirik:



VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI