Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

"22 il ərzində Putin Rusiyanı tamamilə faşist dövlətinə çevirib" - Sonunu gözləyən rəhbər...

"22 il ərzində Putin Rusiyanı tamamilə faşist dövlətinə çevirib" - Sonunu gözləyən rəhbər...
8-10-2022, 19:15 152 dəfə baxılıb

"Mən ona inanıram, o, cəmiyyəti konsolidasiya etməyə, XXI əsrdə böyük Rusiyanı yeniləşdirəcək insanları öz ətrafında sıx birləşdirmyə qadırdir..."
 
"FTX tədricən dövlət həyatının bütün sahələrinə nəzarət etməyə başlayıb..."
 
"Putin tamamilə bitib, o, nə cəmiyyətə, nə dövlətə, nə də ətrafında yetişən xuntaya heç nə təklif edə bilmir..."
 
"Bu müharibə Putini süpürüb atacaq, müharibə onun tamamilə süqutu ilə birgə bitəcək..."
 
 
9 avqust 1999-cu il tarixində prezident Boris Yeltsin televiziya ilə xalqa müraciətində elan edib ki, Federal Təhlükəsizlik Xidmətinin direktoru Vladimir Putini hökumətin sədri vəzifəsini icra edən təyin edir. Bu zaman o, məhz Putini özünün varisi kimi gördüyünü açıq şəkildə bəyan edib.
 
VETENİM-AZƏRBAYCANDIR.AZ xəbər verir ki, bu barədə "Azadlıq Radiosu"nun məqaləsində deyilir.
 
Oxucuların marağını nəzərə alaraq, məqalənin ixtisarla tərcüməsini təqdim edirik.
 
"Unutmaq olmaz ki, bir ildən sonra prezident seçkiləri olacaq. Mən bu gün, öz qənaətimə görə, cəmiyyəti konsolidasiya etməyə, geniş siyasi qüvvələrə söykənərək, Rusiyada islahatların davam etməsini təmin etməyə, XXI əsrdə böyük Rusiyanı yeniləşdirəcək insanları öz ətrafında sıx birləşdirməyə qadir olan adamın adını açıqlamaq qərarına gəlmişəm. Bu, Təhlükəsizlik Şurasının katibi, Rusiya FTX-nin direktoru Vladimir Vladimiroviç Putindir...
 
Mən ona inanıram. Lakin həm də 2000-ci ildə seçki məntəqələrinə gəlib öz seçimlərini edənlərin də ona inanmasını istəyirəm. Düşünürəm ki, onun özünü doğrultmaq üçün kifayət qədər zamanı var. Mən Vladimir Vladimiroviçi yaxşı tanıyıram...Onun böyük dövlət işi təcrübəsi var...
 
Rusiya yeni siyasi mərhələyə qədəm qoyur. Bir ildən sonra ölkə tarixində ilk dəfə olaraq Rusiya prezidenti hakimiyyəti yeni seçilən prezidentə ötürəcək".
 
Amma o dövrdə Putinin heç bir "böyük dövlət işi təcrübəsi" olmayıb. Amma Rusiyanın yeni siyasi mərhələyə qədəm qoyması fikrində Yeltsin yanılmayıb. Hərçənd, o, Rusiyanın məhz Putin dönəmində nəyi gözləyəcəyini və bu mərhələnin nə qədər davam edəcəyini o, hətta təxmini də olsa təsəvvür edə bilməyib.
 
Putini irəli çəkmək onun həyatında ən böyük səhvi olub. Sovet "şər yuvası"na son qoyan, həyatın bütün sahələrində islahatlara start verən və qısa müddətə əsl azadlığın nə olduğunu göstərən Yeltsin tarix kitablarına, təəssüf ki, Putini hakimiyyətə gətirən adam kimi qalacaq.
 
Putinin hakimiyyəti illərində FTX tədricən dövlət həyatının iqtisadiyyatdan mədəniyyətədək, məhkəmələrdən bütün səviyyələrdə seçkilərədək bütün sahələrinə nəzarət etməyə başlayıb. Nəhayət, FTX Rusiyanın dövlət quruculuğunun özəyini təşkil edən korrupsiyanın əsl sahibinə çevrilib. Məhz ona görə də Navalnı bir nömrəli düşmənə çevrilib, çünki dövlətin əsaslarını hədəfə alıb. Putin Navalnının prezident olacağından qorxmur, indiki rejimdə seçkilər çoxdan bəri yuxarıdan idarə edilən prosesdir. Navalnı və onun çoxsaylı əqidədaşları Rusiyanın dayandığı təməli-korrupsiya ilə mübarizə aparıb. Bu əsas dağılarsa, dövlət çökər. 
 
Lakin korrupsiya ideologiya deyil, praktikadır. Putinin ideologiyası da var. 22 il ərzində Putin Rusiyanı tamamilə faşist dövlətinə çevirib. Faşizmin bütün əlamətləri göz önündədir. İfrat dərəcəli avtoritarizmin, dövlətin korporasiya kimi quruluşu, hakimiyyətin bütün qollarının ali rəhbər tərəfindən idarə edilməsi, bir millətin digərindən üstün olması, yeni əraziləri zəbt etmək niyyəti, ölkənin mühasirədə olması barədə total təbliğat, istənilən müxalifətin və söz azadlığının məhv edilməsi...
 
Siz Putinin istifadə etdiyi ifadələrə diqqət edin: Zaporojye AES zəbt edilməyib, "tabeçiliyə keçirilib", Ukrayna şəhərləri işğal edilməyib, "azad edilib", antifaşistlər isə faşist adlandırılıb.
 
Xoşbəxtlikdən, Rusiya tarixinin Putin dövrü sona yetir. Bunu adi gözlə də görmək mümkündür. Bunu həm kənar müşahidəçi, həm də onun yaxın ətrafı da anlayır. Putinin nitqlərini dinləyən məmurların simalarına baxmaq kifayətdir.
 
Yekun vurmaq zamanı yetişib. Ona görə yox ki, bu gün onun yubiley tarixidir. Ona görə ki, o, tamamilə bitib. O, açıq-aşkar öz yolunun sonuna gəlib çıxıb
 
O, öz dünyasında, gerçək dünyadan çox uzaqdadır, nə cəmiyyətə, nə dövlətə, nə də hətta ətrafında yetişən xuntaya heç nə təklif edə bilmir.
 
Andropov 70 yaşına çatmayıb. Xruşşov 70 illiyini təmtəraqlı keçirəndən sonra vəzifədən kənarlaşdırılıb. Yeltsin yolu gənclərə vermək qərarına gəlib. 
 
Putin öz sələflərinin yolu ilə gedəcəkmi? Əlbəttə ki, yox. Lakin onu müharibə süpürüb atacaq. O müharibəni ki, dünya haqqında yanlış təsəvvürlərin əsirində olaraq, hamımıza bəla gətirib.
 
Açıq deyək, Rusiya diktatorunun taleyi Ukrayna Silahlı Qüvvələrinin əlindədir. Deyəsən, onun özü də bunu anlamaqdadır.
Putin, əlbəttə ki, empatiyası olmayan  canidir, amma o, qısa və qansız müharibə istəyib, qanlı savaş onun planlarında olmayıb. Amma müharibənin uzun çəkəcəyini anlayandan sonra o, bu müharibənin o qədər qanlı etmək istəyib ki, gec ya tez hamı nəyin bahasına olursa olsun qanların kifayət etdiyini və sülhə gəlməyi istəsin.
 
İndi o, "sülh uğrunda" başlıca mübarizdir, sülh danışıqlarını tələb edir. Ölümləri dayandırmaq istəyir. Onunla heç kimin danışıqlar aparmasını istəməməsindən gileylənir. Yalnız ona görə ki, onun "taxta" döyüşkənliyi onu pis vəziyyətə salıb. "Dünyanın ikinci ordusu" karton dekorasiyası olub, elə özünün bütün hakimiyyəti illəri ərzində vəsf etdiyi hər şeylər kimi.
 
Putin bir şeydə haqlıdır: müharibənin bitməsi ondan asılıdır. O, bu savaşı iki günə dayandıra bilər. Amma bədəlini anlaya bilmir: müharibə onun tamamilə süqutu ilə birgə bitəcəkdir".
 
Müəllif: Andrey Malgin


VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI