17:28 - NUR İÇİNDƏ UYUSUN...
17:17 - İlham Əliyev Siyavuş Kərimini vəzifəsindən azad etdi - YENİ TƏYİNAT
17:16 - Sahib Məmmədov: "COP29 strateji razılaşmalarla beynəlxalq ictimaiyyətin diqqətindədir"
17:14 - Qurban Qurbanov: "Lion" çox keyfiyyətli komandadır"
17:11 - İqlim dəyişikliyi fonunda Xəzər dənizi üzrə işçi qrup yaradılacaq
17:35 - Azərbaycan Ordusunun və SEPAH xüsusi təyinatlılarının birgə təliminin hazırlığı yekunlaşıb- FOTO
17:30 - Əhaliyə hava bağlı sarı XƏBƏRDARLIQ EDİLDİ
17:28 - Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
17:26 - Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq
17:25 - Nazir rəisi işdən çıxardı - Polkovnik-leytenanta vəzifə verdi
22:30 - SAZ USTASI TALEH HÜSEYNIN "DIRILIṢ ERTUGRUL" KLIPININ TƏQDIMAT MƏRASIMI KEÇIRILDI
17:53 - Azərbaycan-İran xüsusi təyinatlıları "Araz - 2024" birgə taktiki təlimi keçirir
17:51 - Yer təbii peykini itirdi
“Yaxşı olardı ki, Ermənistan dörd minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirsin”
"Ermənistan Ombudsmanının Azərbaycanda erməni əsirlərə işgəncə verilməsi ilə bağlı iddiaları Ermənistanın həqiqəti gizlətməyə, həmin ölkənin ənənəvi siyasətinə məxsus yalan məlumatlarla dünya ictimaiyyətinin çaşdırılmasına yönəlik növbəti addımıdır".
VETENİM-AZƏRBAYCANDIR.AZ xəbər verir ki, bu barədə Ombudsman Aparatının yaydığı bəyanatda deyilir:
"Bununla bağlı bildiririk ki, Ombudsman Səbinə Əliyeva və Aparatın nümayəndələri beynəlxalq konvensiyaların tələbləri rəhbər tutulmaqla erməni əsirlərə və azad edilmiş ərazilərimizdə saxlanılaraq istintaqa təhvil verilmiş hərbi dəstə üzvlərinə bir neçə dəfə baş çəkiblər. Həmin başçəkmələr zamanı milli qanunvericiliyə və beynəlxalq hüquqa əsasən malik olduqları hüquqlar əsirlərə öz dillərində izah edilib. Həmin Ermənistan vətəndaşları saxlanma şəraiti və rəftardan şikayət etməyiblər. Habelə onlar üçün beynəlxalq standartlara uyğun səviyyədə tibbi xidmətin təşkil olunduğu, ailə üzvləri ilə telefon əlaqəsi saxlamağa şərait yaradıldığı müəyyən edilib. Ombudsmanın bu başçəkmələri ilə əlaqədar beynəlxalq təşkilatlara hesabatlar da təqdim olunub.
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Ermənistanın cari ilin sentyabrın 12-də başlatdığı son genişmiqyaslı təxribatlardan sonra əsir düşmüş erməni hərbi qulluqçulara da başçəkmə keçirilib, onlara hüquqları izah edilib. Fərdi şəkildə qəbul edilmiş həmin şəxslər də saxlanma şəraiti və rəftardan narazılıq etməyiblər.
Ombudsmanın həyata keçirdiyi başçəkmələrin nəticələrinə əsasən Azərbaycanda Ermənistan əsirlərinə münasibətdə beynəlxalq humanitar hüququn tələblərinə uyğun insani yanaşma sərgiləndiyi müşahidə edilib.
Əsirlər Ermənistana qaytarıldıqdan sonra isə Azərbaycanda onlara qarşı işgəncələrin olması, habelə bəzi şəxslərin əsir və girov götürülərək qətlə yetirilməsi kimi yanlış iddiaların tirajlanmasını dünya ictimaiyyətinin diqqətini Ermənistanın törətdiyi cinayətlərdən yayındırmaq cəhdi kimi qiymətləndiririk.