Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

ADPU Quba filialında "Narkomaniyasız və sağlam həyat" adlı tədbir keçirilib.

ADPU Quba filialında "Narkomaniyasız və sağlam həyat" adlı tədbir keçirilib.
3-10-2022, 12:39 332 dəfə baxılıb

ADPU-nun Quba filialında Quba Rayon İcra Hakimiyyəti, Quba Rayon Polis Şöbəsi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının birgə təşkilatçılığı ilə "Sağlam gələcək naminə narkotik vasitələrə yox deyək" devizi altında tədbir keçirilib. Tədbirdə  Quba Rayon Polis Şöbəsinin Rəis müavini Polis Polkovnik-leytenantı Vüsal Rüstəmov, Quba Rayon İcra Hakimiyyətinin hüquqşünası Qənbər Abdullayev, 
Polis kapitanı Orxan Şahmarov, Polis Baş Leytenantı Samir Aydəmirov, 
Polis leytenantı Coşqun İsmixanov 
Polis Leytenantı Xəyal Talıbov, ADPU Quba filialının müəllim və tələbə heyəti iştirak edirdi. 
İlk olaraq Azərbaycanın azadlığı uğrunda canlarını fəda edən Vətən mücahidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
Tədbiri giriş sözü ilə filialın direktoru, dosent Yusif Alıyev açaraq qonağları və tədbir iştirakçılarını salamladı və tədbirin mahiyyəti haqqında geniş və məzmunlu çıxışında məlumat verdi.
Sonra çıxış üçün sözü
Quba Rayon Polis Şöbəsinin 
Rəis müavini Polis Polkovnik-leytenantı Vüsal Rüstəmov verdi. Olduğca geniş, məzmunlu və maarifləndirici çıxışında Vüsal müəllim narkotik vasitələr, psixotrop maddələrin növləri, onların insan həyatına, insan sağlamlığına vurduğu zərəri açıqladı. Hər kəsə bəllidir ki, bu gün ölkəmizdə narkotik vasitələrin əkilib,  becərilməsi, istifadəsi, alışı və satışı  hüquqi cəhətdən qadağandır və istifadəsi yolverilməzdir. Bu günki həyatımızda  daha çox adı çəkilən və istifadəsinə, satışına cəhd göstərilən narkotik vasitələri sadalayan Vüsal müəllim eyni zamanda onlarla mübarizə aparmağın yollarından danışaraq tədbir iştirakçılarını məlumatlandırdı.
Vüsal müəllim eyni zamanda qeyd etdi ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə hər kəs səfərbər olmalıdır və polisə dəstək olmalıdır. Tədbirin gedişatında Quba Polisinin bu yöndə apardığı əməliyyat tədbirlərindən ibarət vidyo-rolik nümayiş etdirilərək faktlar əsasında bir daha bu bəlanın necə qorxunc olduğunu, artım göstəricisini və ən çox gənclər arasında yayıldığını vurğuladı. Təəssüf hissi ilə bildirdi ki,  son zamanlar "patı", "şüşə" adı ilə məşhur olan metamfetaminin qadınlar arasında  da istifadəsi halları çoxalmışdır. Sonda isə Vüsal müəllim bütün bu vəziyyətlərdən çıxış yolu kimi maarifləndirmə tədbirlərinin gücləndirilməsinin zəruriliyini vurğuladı.
Daha sonra çıxış üçün söz Quba Rayon İcra Hakimiyyətinin hüquqşünası Qənbər Abdullayevə verildi. O, da öz çıxışında bu məsələnin hüquqi tərəflərindən danışaraq, hər kəsi mübarizə aparmağa səslədi. Çıxış üçün söz alan ADPU Quba filialının  müəllimi Eyvaz Şeydayev də bu məsələnin tarixinə səyahət edərək, "Tiryək müharibələri"-nin acı fəsadlarından bəhs edərək bunun necə dəhşətli bir bəla olduğunu vurğulamış və əlamətlərindən bəhs etmişdir.
Sonda tədbir iştirakçılarının sualları  dinlənilmiş və Polis Polkovnik-leytenantı Vüsal Rüstəmov tərəfindən cavablandırılmışdır.

VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI