Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bələdiyyələrin siyahısına dəyişiklik edildi

Bələdiyyələrin siyahısına dəyişiklik edildi
30-09-2022, 12:20 133 dəfə baxılıb

Gəncə şəhərinin Kəpəz və Nizami rayonlarının ləğv edilməsi ilə bağlı bələdiyyələrin siyahısında dəyişiklik edilir.
VETENİM-AZƏRBAYCANDIR.AZ xəbər verir ki, görə, bu parlamentdə müzakirəyə çıxarılan “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə - “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində yer alıb. 
Qeyd edək ki, 4 mart 2022-cil tarixli 492-VIQ nömrəli qanuna əsasən, Gəncə şəhərinin tərkibindəki Kəpəz və Nizami rayonları ləğv edilərək Gəncə şəhərini tərkibinə birləşdirilib. Ləğv edilmiş Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri və Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə inzibati ərazi dairələri hesab edilib.
Qanun layihəsi Milli Məclisdə müzakirələrdən sonra qəbul olunub.
Eldar Tanrıverdi


VETENİM-AZƏRBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI