18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
27 Sentyabr Anım Günündə Prezident Fizuliyə səfər etdi.
Bu gün elə bir gün idiki məhz həmən gün milli dəyərlərin birləşməsi, vahidliyi, birliyi ön plana çıxdı. Belə ki,
44-gün davam edən, möcüzəli tarix "Dəmir yumruq" ismi ilə yaddaşlara həkk olunan döyüş əməliyyatlarına start verildi.
30 illik həsrət daşıyıcısı olan tarixi torpaqlarımız məhz bu hərəkatla azadlığına qovuşdu.
Ali Baş Komandanımız Cənab İlham Əliyevin başçılığı altında Müzəffər ordumuz, qəhrəman oğullarımız bu addımı ilə Azərbaycanımızın inamını özünə qaytardı, xalq öz güclü liderinə olan etibarını gücləndirərək bu zəfərə imza atdı. Vətən uğrunda misilsiz fədakarlıqlarını, qəhrəmanlığını, monilit birliyini və ilhamlanaraq bir daha canlanan milli siyasi iradəsini ortaya qoymuş oldu.
İşğaldan azad olunmuş torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarır. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Bax budur əsl sevinc hissi, fəxarət hissi.
Bərabərliyimiz, milli həmrəyliyimiz Azərbaycan xalqının təbii güc mənbəyinə çevrildi. Bütün Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində birlik, iradə göstərmiş oldu.
Hərə öz ampluasında bunu edir, və azda olsa bu işdə öz imzasını qoymag istəyirdi.
Elə məhz 27 sentyabrda Möhtərəm Cənab Prezidentimiz azadlığına qovuşmuş Fizuli torpagında Şəhadət zirvəsinə ucalan Vətən oğullarının əbədiyaşar xatirəsini andı, ruhlarına dualar dilədi.
Şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında abidə ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş kənd İkinci Qarabağ müharibəsinin ilk günündə azad edilmişdir. Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli rayonunun kəndləri və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı və Nüzgar kəndi müharibənin ilk günündə azad edilmişdir.
Azərbaycan əsgər və zabitləri öz canını fəda edirdi ki, xalq ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və öz torpaqlarına qayıtsın. Füzuli istiqamətdə beş-altı müdafiə xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə gedirdi. Sözün əsl mənasında ölümə gedirdi, öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın.
Fizulidə bu və digər nüanslara diqqət cəkən Müzəffər Sərkərdəmizə bir daha sübut etdi ki, xalgımız öz mərdliyini sübut etdiyi kimi də qoruyub saxlamağı gözəl bilir. Bu gün ölkəmizdə elə bir ruh yüksəkliyi mövcuddur ki, Milli birliyimiz uğrunda hər zaman səfərbərdir.
Azadlığın gözəlliyini yaşayan torpağlarımızdan bu gün böyükmiqyaslı tikinti, quruculuq işləri görülür. Ümid edirik ki, bu torpağlar qısa zaman kəsiyində cənnət məkana çevriləcəkdir.
Yaşasın Azərbaycanımız!
Nəhayət Şirinova
İctimaiyyətçi, yazar.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
ADPU Quba filialının əməkdaşı.
Vətənim-Azərbaycandır. az xəbərlər informasiya portalının redaktoru.
VETENİM-AZƏRBAYCANDIR.AZ