18:05 - Sabah yağış yağacaq, tempratur isə...
18:04 - Ağdamın Xıdırlı kəndinə 6 min nəfər köçürüləcək
18:01 - Azərbaycan-Ermənistan sülh sazişi üzrə müzakirələr başa çatdı – Əmirbəyov detalları açıqladı
19:04 - Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
18:48 - Xankəndidə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
18:41 - İlham Əliyev Xankəndidə Rəcəb Tayyib Ərdoğanla görüşüb
18:38 - Şuşa İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib
18:37 - Prezident: Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi də böyük əhəmiyyət kəsb edir
18:29 - İlham Əliyev Xankəndidə BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar nazirini qəbul edib
18:28 - Tacikistan Prezidenti Xankəndiyə gəlib
18:27 - Ərdoğan Azərbaycana səfərə gəlib - YENİLƏNİB
09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
Ceyhun Bayramov Avropa Şurasının Baş katibi ilə görüşdü
20 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinnoviç Buriç ilə görüşüb.
XİN-dən verilən məlumata görə, tərəflər Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq və onun inkişaf perspektivləri, habelə bölgəmizdə hazırkı durum barərə fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov Azərbaycanla AŞ arasında əməkdaşlığın vacib olduğunu, ölkəmizin ehtiyacları əsasında işlənib hazırlanmış və ümumi əməkdaşlıq çərçivəsini təşkil edən 2022-2025-ci illər üzrə Fəaliyyət Planı üzrə işlərin davam etdiyini bildirib.
Nazir bölgədə münaqişə sonrası vəziyyət və Ermənistanın genişmiqyaslı təxribatları barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycan tərəfindən atılan addımlar, delimitasiya prosesi, habelə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı ətraflı məlumat təqdim edib. Nazir, Azərbaycanın azad olunmuş ərazilərində mina təhlükəsinin doğurduğu ağır fəsadlardan, Ermənistan tərəfindən 2021-ci il istehsalı minaların ərazilərimizdə yerləşdirilməsindən bəhs edib. Ermənistanla sərhədlərin delimitasiyasının və bütün kommunikasiyaların açılmasının, üçtərəfli bəyanatların müddəalarının tam yerinə yetirilməsinin, sülh sazişi imzalanmasının bölgədə sabitlik və tərəqqinin təmin edilməsi üçün vacib olduğu vurğulanıb. Nazir, eyni zamanda Ermənistan xarici işlər naziri ilə 19 sentyabr tarixli görüş barədə məlumat verib.
Baş katib Mariya Peyçinoviç Buriç AŞ Baş katibi qismində Azərbaycana səfərini məmnunluqla xatırlayıb. AŞ ilə Azərbaycan arasında Fəaliyyət Planının tərəflər arasında prioritetləri müəyyənləşdirdiyini və onların icrasının əhəmiyyətini diqqətə çatdırıb. Bölgədə atəşkəsə əməl etməyin, danışıqları bərpa etməyin və normallaşma prosesinin irəlilədilməsinin vacib olduğunu vurğulayıb. Təşkilat tərəfindən etimad quruculuğu tədbirləri həyata keçirilməsinə hazırlıq ifadə olunub.
Görüşdə tərəflər, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri, habelə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə müzakirə aparıblar.
VƏTƏNİM- AZƏRBAYCANDIR.AZ