Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Dövlət Komitəsinin sədri Almaniyanın 31 şəhərində yaşayan azərbaycanlılarla görüşüb

Dövlət Komitəsinin sədri Almaniyanın 31 şəhərində yaşayan azərbaycanlılarla görüşüb
28-08-2022, 17:05 217 dəfə baxılıb

Almaniya Federativ Respublikasında (AFR) səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradovun Dortmund şəhərində Azərbaycan icması ilə görüşü keçirilib.

  VETENİM-AZERBAYCANDIR.AZ "Report" Komitəyə istinadən xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan görüşdə Azərbaycanın AFR-dəki səfirliyinin və Türkiyənin Essen şəhərindəki Baş konsulluğunun nümayəndələri, Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvləri, Almaniyanın 31 şəhərində yaşayan Azərbaycan diasporunun fəalları, türk icmasının üzvləri və güneyli azərbaycanlılar iştirak ediblər.

Görüşü açıq elan edən Komitə sədri öncə Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olması münasibətilə tədbir iştirakçılarını təbrik edib, bu tarixi hadisəyə görə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və qəhrəman hərbçilərimizə minnətdarlığını bildirib.

Komitə sədri indiyədək DİDK-nın həyata keçirdiyi çoxşaxəli fəaliyyət istiqamətləri, gerçəkləşdirilən sistematik layihələr, Koordinasiya Şuraları, Azərbaycan Evləri, həftəsonu Azərbaycan məktəbləri, Diaspor Gənclərinin Yay Düşərgələri barədə geniş hesabatla çıxış edib.

Azərbaycançılıq ideologiyasına xas cəhətlərin, milli kimliyin qorunmasının önəmini vurğulayıb, bu istiqamətdə dövlət başçısının Dünya Azərbaycanlılarının V Qurultayında xaricdə yaşayan soydaşlarımıza tövsiyələrini xatırladıb, diaspor təşkilatlarının yerli cəmiyyət arasında nüfuz qazanması, ictimai rəyə təsirinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin təbliği istiqamətində Almaniyanın siyasi dairələri ilə sıx əməkdaşlıq əlaqələrinin qurulması yollarını nəzərə çatdırıb, böyük diaspor ailəsinə minnətdarlığını ifadə edib.

Tədbirdə çoxsaylı diaspor nümayəndələri çıxış edib, maraqlı fikir və təkliflər səsləndiriblər. Diaspor fəallarının əksəriyyəti Düsseldorf şəhərində Azərbaycan Evinin və həftəsonu Azərbaycan məktəbinin açılmasını arzuolunan hesab etdilər.

Görüş maraqlı müzakirələrlə və sualların cavablandırılması ilə yekunlaşıb.


VETENİM-AZERBAYCANDIR.AZ

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI