Azərbaycan bu gün qalib xalq kimi yaşayır.
Biz bu gün qalib xalq kimi yaşayırıq. Azərbaycanın bu gün qalib ölkə kimi başı dikdir. Elə bir tarix yazdıq ki, əsrlər keçsədə bu yaddaşımızdan silinməyəcək. Biz bu Qələbəni cənab Prezidentimizin və güclü Ordumuzun gücü ilə qazandıq. Hansı ki Prezidentimizin Dəmir yumruq sözləri gənclərimizdə böyük ruh yüksəkliyi yaradaraq, ölkəmizə qələbə gətirdi. Azərbaycan xalqı bu zəfəri 30 ildir ki gözləyirdi. Cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmri xalqın sevincinə, coşqusuna səbəb oldu, və xalq tərəfinən qürurla qarşılandı.
Cənab Prezidentimiz və Rəşadətli Azərbaycan Ordusu 30 illik həsrətimizə son qoyaraq doğma el obalarımıza torpaqlarımıza bizi qovuşdurdu. Doğma el obamızı dağıdan, daşı daş üstə qoymayan, xalqımıza zulm edən Ermənistana döyüş meydanında layiqli cəzanı verdik. Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi qələbə regionda yeni reallıqlar yaratdı. İşğaldan azad olunan bölgələrdə bərpa və quruculuğ işləri uğurla davam etdirilir. Cənab Prezidentimizin qətiyyəti və yenilməz sərkərdə əzmi ilə Rəşadətli ordumuzun gücü və xalqın birliyinə söykənərək düşməni necə məğlub etdisə, yenilməz ruhla da işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinin və yüksək texnologiyaların tətbiqinə başlayıb. Biz hər birimiz işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin necə geniş və əhatəli şəkildə vüsət almasının şahidi oluruq.
Cənab Prezidentimiz İlham Əliyev 26 iyun tarixində Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə çıxışı etmişdir.
Prezidentimiz komando hərbi hissəsinin açılışında çıxışı zamanı bir sıra önəmli məqamlara toxunmuşdur. Prezidentimizin dediyi bütün fikirlər həqiqəti ilə öz əksini tapır. Çünki rəsmi Bakı 30 illik işğal faktoruna baxmayaraq müharibə istəməyib. Ölkəmiz hər zaman sülhün tərəfdarı olub. 30 il müddətində Azərbaycan nə qədər haqsızlıqlar görsə də, yenə də diplomatiyanı, danışıqları üstün tutub. Bu bir daha ölkə başçımızın humanistliyini və onun bir Lider kimi haqq və ədalətin tərəfində olduğunu göstərir. Eyni zamanda bir daha öz qətiyyətli mövqeyini ortaya qoymuş oldu. Bir daha xalq olaraq Prezidentimizin siyasətini dətəkləyir hər bir səfərin mühüm əhəmiyyətə malik olduğunu görür və hər zaman onun yanındayıq.
Mehdi Balabəyov: Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının sədri.
Atayeva Günay.
"Vətənim-Azərbaycandır.az".