Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qriqoryan Şahin Mustafayevlə görüşü konstruktiv adlandırdı

Qriqoryan Şahin Mustafayevlə görüşü konstruktiv adlandırdı
27-05-2022, 15:08 246 dəfə baxılıb

“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın ilk görüşü konstruktiv keçib”.


Vətənim-Azərbaycandır.az” “TASS”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib. 

“Həqiqətən də, mayın 24-ü biz sərhəddə ilk görüş keçirdik. Biz bu görüşdə gələcək birgə işin təşkilati məsələlərini müzakirə etdik və bu baxımdan görüşü kifayət qədər konstruktiv hesab edirəm. Komissiyanın növbəti görüşünün tarixi hələ ki razılaşdırılmayıb, lakin görüş Moksvada baş tutacaq”, - deyə Qriqoryan söyləyib.

Bununla yanaşı, M. Qriqoryan gələn həftə Moskvada regionda nəqliyyat və iqtisadi əlaqələrin açılması məsələləri ilə bağlı üçtərəfli İşçi Qrupunun iclasının keçiriləcəyini təsdiqləyib.

Onun sözlərinə görə, bu görüşün də dəqiq tarixi hazırda razılaşdırılır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI