Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Səlim Müslümov ev dustaqlığına buraxıldı

Səlim Müslümov ev dustaqlığına buraxıldı
27-05-2022, 06:44 183 dəfə baxılıb

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib.


Vətənim-Azərbaycandır.az” Unikal.org-a istinadən xəbər verir ki, sabiq nazir ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, S. Müslümov 1 ildən çoxdur ki, həbsdə idi. O, 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılmışdı. Bir neçə gün öncə səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmişdi.

Sabiq nazirə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü maddələri (təkrar külli miqdarda rüşvət alma) ilə ittiham elan olunub. Hazırda onunla bağlı istintaq DTX tərəfindən aparılır. İstintaq dövründə onun həbs müddəti son olaraq apreldə 5 aylıq uzadılmışdı. Qeyd edək ki, bu müddət S.Müslümovla bağlı istintaqın tamamlanması üçün son həddir. Müddətin sonunda onunla bağlı cinayət işinin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcəyi gözlənilir. 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI