Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Estoniya Parlamentinin sədri Azərbaycana gəlib - Yenilənib

Estoniya Parlamentinin sədri Azərbaycana gəlib - Yenilənib
23-05-2022, 09:22 185 dəfə baxılıb

Estoniya Parlamentinin sədri Yuri Ratas Azərbaycana səfərə gəlir.


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Yuri Ratas feysbuk səhifəsində bildirib.

O, Azərbaycan Prezidenti, Baş nazir və Milli Məclisin sədri ilə görüşlər keçirəcəyini yazıb.

***

Mayın 22-də Estoniya parlamentinin (Riiqikoqu) sədri Yuri Ratasın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Estoniya parlamentinin nümayəndə heyətini Milli Məclis sədrinin müavini Adil Əliyev, Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Jalə Əhmədova və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Estoniya parlamentinin sədri Yuri Ratasın dövlət və hökumət rəsmiləri ilə görüşü nəzərdə tutulub.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI