Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şuşadan verilən mesajlar...

Şuşadan verilən mesajlar...
24-04-2022, 08:42 212 dəfə baxılıb

Vətən Müharibəsindən sonra dünya azərbaycanlılarının Zəfər adı ilə tarixiləşən V Qurultayının Şuşa şəhərində keçirilməsi özündə ciddi siyasi və mənəvi-psixoloji çalarları əks etdirir.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu tarixi Zəfərin qazanılmasında dünya azərbaycanlılarının birlik və həmrəyliyi, Vətənə qəlbən bağlılığı kimi amillərin mühüm rolu ilə bağlı dünyaya verilən daha bir mesajdır.
Prezident İlham Əliyev qurultaydakı çıxışında bildirib: “Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə Zəfər adı xalqımıza çox yaraşır”.
Azərbaycan xalqı, xaricdə yaşayan soydaşlarımız Qarabağ deyiləndə, ilk növbədə, onun baş tacı Şuşa şəhərini göz önünə gətirib. Özünü azərbaycanlı sayan hər kəs milli mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə qəlbən barışmayıb, doğma şəhərə qayıdacağına olan ümidini qətiyyən itirməyib.
Prezident İlham Əliyev tarixi Zəfərin qazanılması və Ermənistanın işğalçılıq siyasətinin dünyada ifşasında xaricdəki soydaşlarımızın, milli diaspor təşkilatlarının rolunu yüksək dəyərləndirib.
Dünya azərbaycanlıları həm müharibədən əvvəlki illərdə, həm 44 günlük hərbi əməliyyatların gedişində, həm də postmüharibə dövründə ölkəmizin maraq və mənafelərini yaşadıqları ölkələrdə layiqincə qorumağa çalışıblar.
Ermənistanın uzun illər boyu, eləcə də Vətən Müharibəsi günlərində apardığı ideoloji terrorun, yalan məlumatların zərərsizləşdirilməsində, erməni diaspor və lobbi təşkilatlarına qarşı səmərəli əks-hücumun təşkilində xaricdəki azərbaycanlılar daim fəal rol oynayıb, üzərilərinə düşən vəzifələrin öhdəsindən gəliblər.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayındakı dərin məzmunlu çıxışı postmüharibə dövründə dünya azərbaycanlılarının fəaliyyətinin düzgün təşkili və kordinasiyası, qarşıda duran vəzifələrin adekvat dərki baxımından “strateji yol xəritəsi” rolunu oynayır.
Dövlət başçısının çıxışında toxunduğu vacib məqamlar tarixə çevrilmiş münaqişə ilə bağlı reallıqların, müharibənin gedişi və nəticələrinin, ümumən Cənubi Qafqazdakı yeni geosiyasi reallıqların xaricdəki soydaşlarımıza çatdırılmasına, onların yeni hədəflər naminə səfərbər olunmasına xidmət edir.
Tarixi Zəfər fonunda dünya azərbaycanlılarının qarşısındakı məqsədlər mahiyyət etibarilə dəyişərək yeni məzmun kəsb etməyə başlayıb. İndi diaspor təşkilatlarımız fəaliyyətlərini daha çox Azərbaycanın postmünaqişə dövründə yürütdüyü siyasətə adekvat şəkildə qurmalı, ölkəmizin regionda sülh, sabitlik və təhlükəsizlik naminə reallaşdırdığı təşəbbüsləri məskunlaşdıqları ölkələrində və ümumən bütün dünyada təbliğ etməlidirlər.
Yürütdüyü uğurlu daxili və xarici siyasəti, ordu quruculuğu strategiyası ilə tarixi ədalətsizliyə son qoyan, münaqişənin həllinə nail olan Prezident İlham Əliyevin hazırda müəyyənləşdirdiyi başlıca postmünaqişə dövründə proseslərin Azərbaycanın xeyrinə inkişaf etməsi, azad edilmiş ərazilərin bərpasının sürətlə getməsidir.
Azərbaycan xalqı 44 günlük müharibə zamanı təkcə Ermənistanla deyil, dünya erməniliyi, onların himayədarları ilə müharibə apararaq tarixi Qələbə qazanıb. Xüsusilə son 20 ildə yetişən gənc nəsil Vətən və torpaq uğrunda canından keçməyə hazır olduğunu sübuta yetirib.
Respublikamız Ermənistan üzərində tarixi qələbə qazanmaqla yanaşı, erməni ideoloqlarının iki əsrdən çox müddətdə təbliğ etdiyi saxta mifologiyanı darmadağın edib, ideoloji təxribatlarının qarşısını alıb. Bu konteksdə erməni faşizminə və revanşizminə də sarsıdıcı zərbə vurulub.
Ermənistan 30 ilə yaxın müddətdə bütün iqtisadi, siyasi və təbii resuruslarını işğal nəticəsində nəzarətinə keçirdiyi Azərbaycan ərazilərinin ilhaqına yönəltsə də, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər yeni geosiyasi reallıq formalaşdıraraq təcavüzkar ölkənin uzun illər can atdığı hədəfləri puça çıxarıb. Ermənistan təkcə hərbi, siyasi və diplomatik-siyasi deyil, informasiya müharibəsində də ağır məğlubiyyə düçar olub.
Prezident İlham Əliyevin post-konflikt dövründə dəfələrlə bəyan etdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. İndi regionun gələcəyi əsasən Ermənistan rəhbərliyinin vəziyyəti nə dərəcədə düzgün qiymətləndirə bilməsindən, sülhün uzunmüddətli və davamlı olması üçün düzgün addımlar atmasından, Azərbaycanın irəli sürdüyü təkliflərə adekvat münasibətindən asılıdır.
“Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”, - Prezident qurultayda bildirib.
İşğaldan azad edilmiş ərazilərin bərpası, burada münbit investisiya mühitinin formalaşdırılması, xarici sərmayələrin, turizmin təşviqi prosesində dünya azərbaycanlıları da yaxından iştirak edəcəklər.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI