Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İlham Əliyevin Zelenski ilə təkbətək görüşü başladı - Yenilənib

İlham Əliyevin Zelenski ilə təkbətək görüşü başladı - Yenilənib
14-01-2022, 15:28 23 dəfə baxılıb

Yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya işgüzar səfərə gəlib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol Beynəlxalq Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Dövlət başçısını Ukrayna xarici işlər nazirinin birinci müavini Emine Caparova və digər rəsmi şəxslər qarşılayıblar.
***
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Prezidentlər birgə foto çəkdiriblər.
Azərbaycan nümayəndə heyəti Ukrayna Prezidenti Volodimir Zelenskiyə, Ukrayna nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilib.
Sonra dövlət başçılarının təkbətək görüşü başlayıb.






ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI