Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Heç kim bu qapını təpiklə bağlamaq hüququna malik deyil”

“Heç kim bu qapını təpiklə bağlamaq hüququna malik deyil”
12-01-2022, 00:30 188 dəfə baxılıb

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Culian Smit Rusiya ilə uzlaşmaq üçün fürsət görmədiyini deyib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, Smit bu barədə CNN-ə açıqlamasında danışıb.
“Açığı, uzlaşma məsələsində çox fürsət görmürəm”, - o, bu həftə baş tutacaq Rusiya-NATO iclası öncəsi bildirib.
“Hazırda NATO-nun genişlənmə siyasətini dəyişdirməsi təklif edilmir. Qapımız açıq qalır. Heç kim bu qapını təpik ataraq bağlamaq hüququna malik deyil. Genişlənmə ilə bağlı hər bir qərar ittifaq və əlaqədar ölkələr tərəfindən veriləcək”, - Smit qeyd edib.
Daimi nümayəndə Moskvanın NATO-nun 1997-ci il sərhədlərinə geri dönməsi tələbindən də söz açıb:
“İttifaq daha təvazökar ölçüdə tamamilə fərqli ittifaqa sahib olduğumuz fərqli bir çağa geri dönməyəcək. NATO-nun heç bir üzvü “açıq qapı” siyasətindən imtina etməyəcək.
Sabah nə olacaq, bilmirik. Aramızdan birinin xüsusilə bədbin olduğunu da düşünmürəm. Amma diplomatiyanın bu gərginliyi azaldıb-azaltmayacağını görmək üçün sabah NATO-Rusiya şurasında dialoqu başlatmağa hazırıq”.
Amerikalı diplomat onu da əlavə edib ki, NATO-nun bütün üzvləri dialoqa qatılmağa hazırdır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI