Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Dövlət büdcəsinə ziyan vuran məmurlar hakim qarşısına çıxarılır

Dövlət büdcəsinə ziyan vuran məmurlar hakim qarşısına çıxarılır
6-01-2022, 19:50 240 dəfə baxılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) keçmiş vəzifəli şəxsi dövlət büdcəsi vəsaitlərini təyinatından kənar istifadə edib.

Baş Prokurorluqdan "Vətənim-Azərbaycandır.az" a verilən məlumata görə, ƏƏSMN-dən daxil olmuş məlumat əsasında aparılmış istintaqla Rövşən Xəlilovun ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinin Sumqayıt şəhər Məşğulluq Mərkəzinin baş məsləhətçi vəzifəsində işləyərkən tanışı Gülgün Nəsirova ilə qabaqcadan əlbir olaraq aldatma yolu ilə müxtəlif şəxslərə məxsus ümumilikdə 4 min 900 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, işlədiyi quruma məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 6 min 200 manat məbləğində özgə əmlakını təkrarən israf etməklə talamasına, faktiki olaraq işləməyən, lakin formal əmək müqavilələri bağlanmış şəxslərə ünvanlı dövlət sosial yardım təyin edilməsi üçün 11 min 200 manat məbləğdə pulu rüşvət qismində almasına, ayrı-ayrı şəxsləri rüşvət verməyə təhrik etməsinə, eləcə də qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə informasiya resursuna bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.
Nazirlikdən daxil olmuş məlumat əsasında başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb.
Toplanmış sübutlar əsasında Rövşən Xəlilov və Gülgün Nəsirova Cinayət Məcəlləsinin 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən dələduzluq), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən israf etmə), 311.3.2 (təkrar rüşvət alma), 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, cinayət işi baxılması üçün aidiyyətı üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İstintaq zamanı Rövşən Xəlilov tərəfindən vurulmuş ziyanın tam həcmdə ödənilməsi təmin edilib.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI