Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

BMT ofislərini qorumaq üçün “Taliban”a pul təklif edib

BMT ofislərini qorumaq üçün “Taliban”a pul təklif edib
23-12-2021, 04:17 118 dəfə baxılıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Əfqanıstandakı şəxsi heyətinin və ofislərinin təhlükəsizliyini təmin etmək üçün “Taliban”a pul təklif etdiklərini təsdiqləyib.

Vətənim-Azərbaycandır.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Fərhan Haq bildirib.
Baş katibinin sözçüsü təhlükəsizliyi təmin etmək üçün “Taliban”a altı milyon dollar təklif edib-etməməsi ilə bağlı suala belə cavab verib:
“BMT Əfqanıstandakı səlahiyyətlilərdən müxtəlif təhlükəsizlik təminatları və yardım tələb edib. Kampuslarımızın təhlükəsizliyi üçün vacib olan əlavə təhlükəsizlik xidmətləri göstərən işçilərə maaş veririk".
F.Haq “Taliban”a nə qədər pul ödənildiyini açıqlamayıb.
O bildirib ki, təhlükəsizliyin təmin edilməsində normal olaraq ev sahibi ölkələr məsuliyyət daşıyır:
“Lakin son bir neçə ildə Əfqanıstan dövlət rəsmilərinin çətin iş mühiti və məhdud təhlükəsizlik xidmətinə görə BMT bir müddətdir əlavə təhlükəsizlik xidmətləri üçün büdcə ayırıb”.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI