Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Mədət Quliyevdən ilk təyinat

Mədət Quliyevdən ilk təyinat
2-12-2021, 16:45 35 dəfə baxılıb

Şose velosipedi üzrə yığma komandaya yeni baş məşqçi təyin edilib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, təyinat Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) prezidenti Mədət Quliyevin əmri ilə gerçəkləşib. Bundan sonra milliyə Əməkdar məşqçi Asif Həsənov rəhbərlik edəcək.
Daha əvvəl “Neftçi İdman Klubu” İctimai Birliyinin velosiped bölməsinin məşqçisi olan Həsənovu məşqçilər korpusuna AzVİF-in baş katibi Fərhad Əliyev təqdim edib və federasiya prezidentinin məşqçilər korpusu qarşısında qoyduğu əsas hədəfləri onların diqqətinə çatdırıb.
Göstərilən yüksək etimada görə federasiya rəhbərliyinə təşəkkürünü bildirən yeni baş məşqçi qarşıya qoyulan məqsədlərə çatmaq üçün məşqçilər korpusu ilə birgə bütün qüvvə və bacarığını səfərbər edəcəyini deyib.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI