Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

BMT-dən Azərbaycanla Ermənistana - Təklif

BMT-dən Azərbaycanla Ermənistana - Təklif
27-11-2021, 21:41 184 dəfə baxılıb

BMT-nin Baş katibi Antonio Quterreş Rusiya, Azərbaycan və Ermənistanın üçtərəfli sammitinin keçirilməsini alqışlayıb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu şənbə günü Quterreşin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.
“BMT-nin Baş katibi noyabrın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında üçtərəfli görüşü yüksək qiymətləndirir. Quterreş Azərbaycan və Ermənistanı bütün mövcud formatlardan, o cümlədən, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Qrupundan istifadə etməklə qalan məsələləri həll etməyə çağırır”, - Haq bildirib.
Fərhan Haq əlavə edib ki, Baş katib davamlı sülhün yalnız dialoq yolu ilə əldə oluna biləcəyi ilə bağlı BMT-nin mövqeyini təsdiqləyir və tərəfləri qalan məsələləri bütün mövcud formatlar, o cümlədən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında həll etməyə çağırır:
“BMT bu cür səyləri, o cümlədən, humanitar yardım göstərmək, yenidənqurma və bölgədə sülhün bərqərar edilməsinə kömək göstərməklə dəstəkləməyə hazırdır”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI