Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Ermənistan yaralıların sayını açıqladı.

Ermənistan yaralıların sayını açıqladı.
16-11-2021, 16:46 133 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları sahəsində ölkəmizə qarşı genişmiqyaslı təxribat törədib.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, qarşı tərəf Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı atıcı silahlar və qumbaraatanlardan intensiv atəşə tutaraq döyüş postlarımıza atəşlə zərər vurub. Nəticədə ilkin məlumata görə, Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralanıb.
Vətənim-Azərbaycandır.az”ın məlumatına görə, artıq Ermənistan Müdafiə Nazirliyi itkilərin sayını açıqlamağa başlayıb.
İlkin olaraq 4 hərbçinin yaralandığını bildiriblər. Qeyd olunur ki, hazırda nazirlik erməni tərəfindən ölən və yaralılarla bağlı məlumatı dəqiqləşdirir.
Erməni mediasının daha əvvəl yaydığı məlumata görə isə, Ermənistan və Azərbaycan hərbçiləri arasında atışma nəticəsində 10 erməni hərbçi ölüb. Əlavə edilir ki, erməni tərəfi 2 döyüş mövqeyi itirib, 6 nəfər isə saxlanılıb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI