Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Deyirdilər, Azərbaycan darmadağın edilib, hər şey tərsinəymiş” - Erməni analar+Video

Deyirdilər, Azərbaycan darmadağın edilib, hər şey tərsinəymiş” - Erməni analar+Video
13-11-2021, 16:05 318 dəfə baxılıb

Erməni anaları 44 günlük müharibədən sonra artıq bir ildir ki, onları narahat edən suallara cavab tapa bilmirlər. 44 günlük müharibədə verilən əmrlər düzgün idimi? Geri çəkilmək haqqında əmr zərurətdən doğurdumu.? Müdafiə Nazirliyi ordunun hazırlıqsız olmasından xəbərsiz idimi? 

Vətənim-Azərbaycandır.az” xəbər verir kİ, müharibənin 20-ci günündə Azərbaycanın işğal altındakı Cəbrayıl rayonunda həlak olmuş Erik hacikyanın anası və xalası Azadlıq radiosunun erməni bürosuna danışıblar. Onlar ordunu hazırlıqsız şəraitdə müharibəyə başladan rəhbərliyi ittiham ediblər. Erməni əsgərin xalası Zara Çabinyan hazırlıqsız müharibə aparmağın satqınlıq olduğunu deyib: 
“İdarəçilik zəif olub. Bunun nəticəsində də itkilərin sayı-hesabı yoxdur. Bunun adı xalqa xəyanətdirmi? Bəli”. 
Erməni əsgərin anası Lilit Hacikyan Müdafiə Nazirliyini müharibə boyunca yalan məlumat yaymaqda ittiham edib: 
“Müdafiə Nazirliyi deyirdi ki, guya hər şey yaxşıdır, qələbə bizimlədir. Biz də inanırdıq ki, Azərbaycan darmadağın edilib və tezliklə tam qələbə çalacağıq. Amma durum tam tərsinəymiş”. 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI