Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Rusiyanın “Birinci kanal”ı Qarabağdan reportaj hazırladı - Video

Rusiyanın “Birinci kanal”ı Qarabağdan reportaj hazırladı - Video
12-11-2021, 13:17 178 dəfə baxılıb

Rusiyanın “Birinci kanal”ı Qarabağda müvəqqəti məskunlaşmış rus sülhməramlıların fəaliyyətini əks etdirən reportaj hazırlayıb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, reportajda Qarabağda Rusiyanın sülhməramlı kontingentinin 27 müşahidə məntəqəsinin olduğu vurğulanır.
Reportajda 4 nömrəli məntəqənin fəaliyyəti barədə məlumat verilir və qeyd olunur ki, rusiyalı hərbçilər bu ərazilərdə tez-tez məşqlər həyata keçirirlər.
Bununla yanaşı, reportajda 44 günlük müharibəyə son qoyan üçtərəfli bəyanatın imzalanmasından da söz açılır. 
Bildirilir ki, sülhməramlılar Qarabağda minatəmizləmə fəaliyyəti ilə də məşğul olur və onların bu ərazilərdə olduğu bir il ərzində 26 mindən çox partlayıcı qurğu zərərsizləşdirilib.
Həmçinin reportajda Ağdamda yaradılan Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin də fasiləsiz olaraq atəşkəs rejiminə nəzarət etdiyi xatırladılır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI