09:54 - ASQİB Teleqüllədə tədbir keçirdi.
11:44 - TƏBRİK EDİRİK.
11:39 - Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunun açılışında iştirak edib
11:36 - Leyla Əliyevanın doğum günüdür
11:33 - Azərbaycan güləşçisi Avropa çempionu olub
11:30 - Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib
11:26 - Azərbaycan ilə Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edilib
11:24 - Şimali Kipr Prezidentinə AzTU-nun fəxri doktoru diplomu təqdim edilib
08:41 - Azərbaycan Polisi 107 yaşında
23:12 - Volodimir Zelenski İlham Əliyevə zəng edib
23:10 - Rəsmi Bakı Rusiyanı Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb - NOTA
23:08 - Azərbaycan və Şimali Makedoniya arasında viza rejimi qismən ləğv edilib
23:04 - III "Yüksəliş" müsabiqəsinin qalibinə SOCAR-da yüksək vəzifə verilib
23:00 - Mikayıl Cabbarov Laziz Kudratovun rəhbərliyi ilə ölkəmizdə olan biznes nümayəndələri ilə görüşüb
Oljas Süleymenov İlham Əliyevi təbrik etdi.
Qazaxıstanın Xalq yazıçısı, görkəmli şair və ictimai xadim Oljas Süleymenov Prezident İlham Əliyevə məktub ünvanlayıb.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu,
Bu günlərdə Azərbaycanın dostları Azərbaycan xalqını Vətənin ərazi bütövlüyünü təbii sərhədlər daxilində öz gücünə bərpa etməsi münasibətilə təbrik edirlər. 8 Noyabr Azərbaycanın müasir tarixində ən parlaq, ümummilli bayrama çevrilib.
Keçmiş SSRİ respublikalarının çoxu müstəqillik əldə edəndə ciddi, bəziləri isə həlledilməz problemlərlə üzləşmişdi. Siz Ali Baş Komandan kimi Azərbaycanın əsas problemini müvəffəqiyyətlə həll etməyə nail oldunuz.
Bu Qələbə erməni xalqının yeni nəsillərinə də çoxdan köhnəlmiş, təhlükəli fobiyalardan xilas olmağa, qonşularla əməkdaşlıq və qarşılıqlı anlaşma mühitində yaşamağa imkan verəcək.
Azərbaycana səmimi-qəlbdən sülh və tərəqqi, dahi Heydər Əliyevin oğluna və onun ailəsinə uzun ömür, möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”.