Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Azərbaycanın mülki müdafiə planı hazırlanacaq

Azərbaycanın mülki müdafiə planı hazırlanacaq
27-10-2021, 12:32 176 dəfə baxılıb

Azərbaycan Respublikasının mülki müdafiə planının hazırlanması üzrə Komissiya yaradılıb. 

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. 
Komissiyanın sədri Baş nazirin birinci müavini, Komissiya sədrinin müavini isə fövqəladə hallar naziridir. Komissiyaya tapşırılıb ki, Azərbaycanın mülki müdafiə planını hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
Komissiyanın fəaliyyətinin səmərəli təşkili məqsədilə onun üzvlərinin təmsil etdikləri dövlət orqanlarının və qurumların nümayəndələrindən ibarət Komissiyanın İşçi qrupu yaradılıb. 
Komissiyanın İşçi qrupunun işinin təşkili və əlaqələndirilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə həvalə ediləcək. Komissiya qanunvericiliklə müəyyən olunmuş qaydada öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri cəlb edə bilər.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI