Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Əsas məsələ iki ölkə arasında münasibətlərin qurulmasıdır” - Putin

“Əsas məsələ iki ölkə arasında münasibətlərin qurulmasıdır” - Putin
22-10-2021, 01:13 166 dəfə baxılıb

“Moskva da nizamlanma üçün çoxtərəfli formatın tapılmasının, o cümlədən ATƏT-in Minsk qrupunun işinin intensivləşdirilməsinin tərəfdarıdır”. 

“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər aparılır və bütün prosesin əsas məqsədi “təhlükəsizlik vəziyyətinin yaradılması və gələcək münasibətlərin müsbət istiqamətdə qurulmasıdır”.
"İndiyə qədər ümumiyyətlə qarşımıza məqsəd olaraq qoyduğumuz şeyə çata bilmişik. Əlbəttə ki, gələcəyə baxmalıyıq, bundan sonra nə olacağını görmək lazımdır. Axı məsələ onda deyil ki, bizim üçtərəfli bəyanatımızın müvafiq maddəsi Rusiya kontingentinin ölkədə qalma müddətinin mümkün uzadılmasını nəzərdə tutur. Elə deyil? Məsələ iki ölkə arasında münasibətlərin qurulmasıdır, ən vacibi budur. Ümid edirəm ki, biz bunu edə biləcəyik”, - deyə Rusiya Prezidenti vurğulayıb.
 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI