17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
18:03 - IDEA ilə ICESCO arasında niyyət protokolu imzalanıb
18:02 - Leyla Əliyeva COP29 çərçivəsində dəniz canlılarına dair panel müzakirələrində iştirak edib
17:57 - Prezident İlham Əliyev bu məhkəmələrə hakimlər təyin edib - SƏRƏNCAM
17:55 - COP29-da Xəzəryanı dövlətlər arasında ekoloji əməkdaşlığın gücləndirilməsi müzakirə olunub
17:53 - Sabah "Yaşıl şəhər nəqliyyatı" mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək
"Ən böyük stimulum övladlarım, ailəmdir"
"Vətənim-Azərbaycandır.az" xəbər portalının şimal nümayəndəsi Nəhayət Şirinovanın müəllifi olduğu "Zərif simalar" layihəsinin növbəti qonağı hər kəsin sevgi və hörmətini qazanmış
AMEA Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Kasimi Sehranə Ələsgər qızıdır.
Əziz Sehranə xanım! Layihəmizə xoş gəldiniz!
-Çox xahiş edirəm bizə Sehranə Kasimi haqqında biraz danışın.
-Sizi salamlayıram və yeni layihənizə uğur və mükəmməl iş birliyi arzulayıram. Özüm haqqında danışmaq nə qədər asandırsa,bir o qədər də çətindir. Onu bilirəm ki,mənə verilən bu ömrü hədər yaşamadım. Az da olsa, cəmiyyətimiz üçün yararlı olan işlər gördüm.
- Musiqi-İncəsənət-Elm yolunun yorulmaz sakinlərindənsiniz. Çətin deyil sizə daima araşdırma aparmaq və bu çətinliyin, yükün altına girmək?
- Bilirsinizmi, öz işinin mükəmməl bilicisi olmaq üçün,istedadla yanaşı zəhmət və əziyyət də mühüm faktordur. İstedad, zövq uca yaradanın insana hədiyyəsidir. Hər kəsə bu hədiyyə verilmir. Lakin,yerdə qalanı insan özü etməlidir,qurub yaratmalı,daima axtarışda olmalıdır. Təbii ki,bu mənim subyektiv fikrimdir.Başqa cür düşünənlər də var. Burada,gen,ətraf mühit,şans və s. faktorlar da mühümdür.
O ki qaldı çətinliyə,məni tanıyanlar bilir, zəhməti, çalışmağı çox sevirəm.
Çünki, vurğuladığınız kimi,Musiqi-İncəsənət-Elm mənim həyatımın özəyidir.
- Sehranə xanım sizin üçün güclü və ağıllı qadın olmağın sirri və formulu hansıdır??
- Çox maraqlıdır və həm də nisbidir. Çünki,bu sual hər qadına verilmir.
Mənə elə gəlir ki,burada genetika öndədir. Sonra isə iradə,qətiyyətlilik, zəhmət...
- Bir xanım olaraq çətin və məsuliyyətli bir yoldaşınız. Sehranə Kasımıyə fəaliyyətində ən çox mane olanlar, və eyni zamanda mənəvi dəstək olanlar kimlər oldu?
- Elmdə fəaliyyət göstərənlər kimi mənim üçün də bu yol asan olmadı. Lakin,inanın, öz işimi o qədər sevirəm ki, mane olanları görmürəm,bəlkə də görürəm,bilirəm,lakin,əhəmiyyət vermədən işləyirəm. Dəstək olanlar isə çoxdur,lap çox. Deməli, doğru söyləmislər! yaxşılar pislərdən çoxdur.
- Sehranə xanım mücərrəd bir sual verəcəm sizə. Bizim həyatda sahibləndiyimiz müxtəlif statuslar, obrazlar vardır. Güclü xanım, güclü övlad, güclü ana, güclü dost və s. Siz həyatda ən çox hansı statusda özünüzü daha rahat və xoşbəxt hiss edirsiniz!? O, obrazı bizə vəsf edin!
- Mənə daha yaxın olan güclü ana obrazıdır. Sevinirəm ki, övladlarım xoşbəxtdir. Ana üçün bundan dəyərli heç bir şey ola bilməz!
- Layihəmiz vasitəsi ilə zəriflik nümunəsi olan xanımlarımıza nə demək istərdiniz?? Fikirləriniz bizə çox marağlıdır.
- Layihəniz gözəldir. Adı da çox incə səslənir. "Zərif Simalar".
Azərbaycan qadınları zərif və eyni zamanda güclü xanımlardır. Hər bir Azərbaycan xanımına öz peşə və sahəsində peşəkar mütəxəssiz olmağı arzulayıram. Hər bir xanım öz işi ilə məşğul olarsa, vaxtını ailəsinə və sevdiyi işinə sərf edərsə, nəticə də gözəl olar.
- Əziz Sehranə xanım, zaman ayırıb layihəmizə iştirak etdiyiniz üçün sizə "Vətənim-Azərbaycandır.az" ailəsi adından təşəkkürümüzü bildiririk. Sizinlə xoş idi!
- Əziz Nəhayət xanım, mən də Sizlərə öz təşəkkürümü bildirirəm və "Vətənim-Azərbaycandır.az" xəbər və informasiya ailəsinə müvəffəqiyyətlər arzulayıram. Çox sağolun.
Nəhayət Şirinova
"Vətənim-Azərbaycandır.az"