Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi
21-12-2021, 07:37 214 dəfə baxılıb

Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Elşən Çarhanlı vəfat edib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bu barədə həmin teatrın aktyoru Əməkdar artist Nofəl Vəliyev məlumat paylaşıb.
O bildirib ki, E.Çarhanlı bu gün axşam saatlarında qəflətən dünyasını dəyişib.
N.Vəliyev əlavə edib ki, ötən ilin dekabrın 14-də aktyorun həyat yoldaşı vəfat edib.
Qeyd edək ki, Elşən Çarhanlı 2 oktyabr 1962-ci ildə Bakı şəhərində doğulub. 1983-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Həmin ildən təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Drma Teatrında əmək fəaliyyətinə başlayıb. 1989-cu ildən Azərbaycan Dövlət Gənclər teatrında aktyor vəzifəsində çalışıb. 2009-cu il may ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışıb. 
Gənc Tamaşaçılar Teatrında işlədiyi illər ərzində 50-yə yaxın tamaşada rol alıb. Aktyor tamaşaçılara film və seriallardakı rolları ilə də yaxşı tanışdır.
Elşən Çarhanlı 7 mart 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri Mədəniyyət İşçisi” döş nişanı ilə təltif olunub. Aktyor 27 may 2018-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI