Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Şuşa dərdindən başladım, Şuşa zəfəri ilə davam edirəm” - Fotolar+Video

“Şuşa dərdindən başladım, Şuşa zəfəri ilə davam edirəm” - Fotolar+Video
13-11-2021, 20:34 285 dəfə baxılıb

Əməkdar artist Xumar Qədimovanın “Şuşa” adlı yeni əsərinin təqdimat mərasimi keçirilib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkili Aqil Abbas, bəstəkar Xanım İsmayılqızı, Əməkdar jurnalist İradə Tuncay, aparıcı Saleh Bağırov və digərləri iştirak edib. 
“Şuşa” əsərinin söz müəllifi Əməkdar mədəniyyət işçisi Rəşad Məcid tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb, X.Qədimova ilə əməkdaşlıq etməkdən məmnunluq duyduğunu ifadə edib. O, “Şuşa”nın sözlərinin Şuşada səfərdə olarkən yazdığını deyib. 
X. Qədimova az danışmağa üstünlük verdiyini, sözünü nəğmə ilə deməyi sevdiyini söyləyib. O, yaradıcılığına 1997-ci ildə “İsa bulağı” mahnısı ilə başladığını xatırladıb: 
“Ona görə də möhtəşəm zəfərdən sonra Şuşaya mahnı həsr etməyə bilməzdim. Əziz dostum Rəşad Məcid mənə bu şeiri oxuyanda çox xoşuma gəldi. İçdən, səmimi hisslərlə yazılmışdı. Qərara gəldim ki, şeirə musiqi bəstələyib ifa edim. Fikrimcə, bu bəstə Şuşaya həsr olunmuş mahnıların tacıdır. Mahnıda sevgi, həsrət, çoşqu, çağırış və qələbə var”.
“Şuşa dərdindən başladım, Şuşa zəfəri ilə davam edirəm” , - deyə Qədimova əlavə edib. 
Daha sonra çıxış edən digər qonaqlar X.Qədimovanın möhtəşəm ifasından, çoxşaxəli yaradıcılığından, R.Məcidin yazdığı sətirlərin dərin məna daşıdığından söz açıblar. 
Sonda X.Qədimova jurnalistlərin suallarını cavablandırıb, tezliklə “Nizami İli”nə həsr etdiyi mahnısını təqdim edəcəyini bildirib.
Foto: Müzəffər İsmayılov 










 Bizi Twitterdə izləyin

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI