21:40 - Təbrik edirik.
13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Azərbaycan Sahibkar Qadınlar Birliyinin təşkilatçılığı ilə "Zəfərə Doğru" mövzusunda 1-ci işgüzar konfrans.
Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin təşkilatçılığı ilə Türkiyə-Azərbaycan Sahibkar Qadınlar Platformasının "Zəfərə Doğru" mövzusunda 1-ci İşgüzar Beynəxalq Konfransından Fəxriyyə xanım Xələfovanın bu sözləri damğa vurdu"Azərbaycan və Türkiyə arasındakı "Qardaşlıq"bağı,artıq Azərbaycan və Türkiyə xanımları Arasında "Bacı"müraciəti olaraq səsləndirilsin istərdim.
Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Zəfərə Doğru"mövzusunda 1-ci İşgüzar Beynəlxalq konfrasında Azərbaycanın Sahibkar xanımları Türkiyənin Sahibkar xanımlarına ev sahibliyi etdi.
Açılışda Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılışda “Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi” -nin təsisçisi və sədri, “Tərəqqi” dövlət medalı və “Vətənə xidmət” ordeni laureatı Zemfira Ağayeva və “Erken Doğan” Bebekleri İdarə Heyətinin sədri Yaşatma Derneği ( ERDODER), Canan Göztəpə,biznes strukturlarının və ictimai təşkilatların nümayəndələri,Türkiyədən gələn qonaqlar, o cümlədən 20-yə yaxın sahibkar iştirak edib.
Konfransın xüsusi bir günə təsadüf etməsi-Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan düşmən tapdağından azad olunduqdan sonra,sürətlə bərpa işləri aparılan,son dərəcə əhəmiyyətli olan Füzuli Beynəlxalq Hava Limanın açılışında iştirak ediblər-hər iki dövlətin arasındakı birliyi bir daha sübuta yetirmiş oldu.
Tədbiri Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyi-nin sədr müavini Afaq Əliyeva idarə edib.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Yusif Abdullayev- “Azərbaycan və Türkiyənin investisiya haqqında: məqsədlər və perspektivlər” mövzusunda, Azərbaycan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov - "Qadınların sahibkarlığa cəlb edilməsi ilə bağlı" Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəman -" Qadın və ailə problemlərinin həllində sahibkarlığın rolu "mövzusunda Əməkdar İncəsənət İşçi Fəxriyyə Xələfova - “Azərbaycan iqtisadiyyatının inkişafında qadın sahibkarların rolu”, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndəsi Katib Özdem Çolak - “Qarşılıqlı əməkdaşlıq perspektivləri”, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin şöbə müdiri Fuad Ələkbərov - “Türkiyə və Azərbaycan sahibkarları arasında işgüzar əlaqələrin inkişaf istiqamətləri”, Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov “Ölkələr arasında işgüzar əlaqələrin inkişaf perspektivləri” mövzusunda məruzələr ilə çıxış ediblər.
Tədbir daha sonra iki tərəfin nümayəndələrinin müzakirəsi ilə davam edib.
Çinarə Seyran