16:48 - Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
16:43 - Azərbaycanda 2025-ci ildə meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
16:41 - Qədim Quran əlyazmasında gizli mətn tapıldı
16:39 - Qonşu ölkənin 46 rayonuna qarlı hava XƏBƏRDARLIĞI EDİLDİ
17:53 - Rövşən Rüstəmov COP29 çərçivəsində İpək Yolu ilə bağlı tədbirdə iştirak edib - FOTO
17:51 - Azərbaycan XİN Qarakənd faciəsi ilə bağlı paylaşım edib
17:50 - Ərdoğan Baydenin Rusiya ilə bağlı qərarına etiraz etdi
17:49 - Umayra Tağıyeva: "İstilik dalğaları Bakıda 1990-cı illərlə müqayisədə 14 dəfə artıb"
17:47 - Mikayıl Cabbarov və Rövşən Nəcəf Ken Vest ilə görüşdülər
19:00 - Azərbaycan Diasporasının Gənc Fəalı, İCESCO-nun Gənc Sülh səfiri Sandi Salem
18:08 - Mərkəzi Bankdan təcili XƏBƏRDARLIQ: Bu məlumatlara inanmayın
18:06 - Şikayətçi efirdə Mehriban Xanlarovanın üzərinə hücüm çəkdi
18:04 - Mikayıl Cabbarov Abdul Alim Xan ilə müzakirələr aparıb
Həkimlər əməliyyat masasında qoyub qaçdı, məşhur el şairi ona aşiq oldu – Ərinin hər gün döydüyü Nəzakət
Bu gün Əməkdar artist Nəzakət Məmmədovanın anım günüdür.
Vətənim-Azərbaycandır.az bu münasibətlə xanəndə haqqında 10 maraqlı faktı təqdim edir.
2. Boşanandan sonra Nəzakətin gözəlliyinə, səsinə valeh olan çox insan ona elçi düşür. Onunla ailə qurmaq istəyənlərin arasında hətta müğənnilərdən də olub. Ancaq nədənsə Nəzakət Məmmədova bir daha heç kimlə ailə qurmur, oğlu Ceyhunu özü tək böyütməyə qərar verir.
3. Bəzi şəxslər danışırlar ki, guya Nəzakət Məmmədova ilə kəlbəcərli şair Sücaətin arasında sevgi münasibətləri yaşanıb. Gerçək olan isə budur ki, şair Sücaət müğənninin aşiqi olsa da aralarında sevgi münasibətləri yaşanmayıb. Şair sadəcə müğənniyə məktublar, şeirlər yazıb. Şairin qohumlarının danışdıqlarına görə təxminən 1982-ci ildə Nəzakət Məmmədova Kəlbəcərdəki “İstisu” sanatoriyasında dincəlirmiş. Orada müğənnidən xahiş ediblər ki, konset versin, ancaq Nəzakət Məmmədova Bakıya qayıtmalı olduğunu bildirib. Və söz verib ki, qısa müddətdə qayıdıb orada bir konsert proqramı ilə çıxış edəcək. Müğənni söz versə də sözünə əməl etmir və bir daha ora qayıtmır. Müğənninin yolunu səbirsizliklə gözləyən şair Sücaət o zaman ona bir şeir həsr edir.
Könül, üzü dönmüş yara neylədim
Mən ha əzizlədim, naşıydı, getdi.
Könlümün ilk yarı, ilk sevimlisi
Gözümün son damla yaşıydı, getdi.
Xanəndənin konsertindən kadr
4. Deyilənlərə görə, boğazında olan zoba bənzər şişkinlik müğənnini hər zaman narahat edirmiş. Bir başqa versiyaya görə isə müğənni sadəcə olaraq boğazındakı qırışları plastik əməliyyatla aradan götürmək istəyirmiş. Xanəndənin son lent yazılarına da baxanda onun boğazını iri boyunbağılarla, yaylıqlarla bağlaması diqqətdən yayınmır. Lakin, onu əməliyyata sövq edən tamaşaçı məktubu olur. Günlərin birində müğənni bir pərəstişkarından məktub alır. Həmin məktubu yazan şəxs ona səsinin, özünün gözəlliyi ilə bağlı təriflər yağdırır. Ancaq daha sonra əlavə edir ki, boğazındakı qüsur onun görünüşünə xələl gətirir. Elə həmin məktubdan sonra müğənni estetik əməliyyat etdirmək qərarını qətiləşdirir.
5. Bacısı Kifayət xanım yuxuda bacısının əməliyyata gedəcəyi təqdirdə öləcəyini görür. Bunu xanəndəyə bildirəndə isə o, gülüb deyir, “öləndə də öləcəm, qorxma. Mən ölsəm, sən Ceyhuna da baxarsan, anama da”.
Nəzakət Məmmədova gənclik illərində
6. Anası onun bu əməliyyata getməsinin qəti əleyhinə olub. Hətta ona deyib ki, ayıbdı. Camaat eşitsə, deyər ki, gedib üzünü çəkdirib. Getmə. Ölümündən sonra da Nəzakət Məmmədova haqqında yayılan müxtəlif şaiyələrə səbəb məhz el-oba töhmətindən çəkinmək olur. Nəzakət Məmmədovanın anası ciddi-cəhdlə qızının plastik əməliyyat nəticəsində rəhmətə getməsini gizlətmək istəyib.
7. Sənətçinin bacısı onun ölümündən sonra yaranan söz-söhbətin həqiqətə uyğun olmadığını, onun uğursuz plastik əməliyyatın qurbanı olduğunu deyir: "Nəzakət gözəl qadın idi. Amma boğazının dərisindən xoşu gəlmirdi. Boğazında şişkinlik vardı. Nəzakət də bunu özünə dərd eləmişdi. Xarici ölkəyə səfərə hazırlaşırdı. Buna görə də əməliyyat etdirmək istəyirdi, deyirdi, uğurlu alınsa, gözlərimin də quruluşunu dəyişəcəyəm. Soçidə həkim tapmışdı. Onu inandırmışdılar ki, əməliyyatla dərisini dartıb gözəlləşdirəcəklər. Amma əməliyyat zamanı yuxu damarını zədələmişdilər. Nəzakət bu əməliyyatdan sağ çıxmadı".
Xanəndə oğlu ilə birlikdə
8. Nəzakət Məmmədovanın bacısı Məlahət Məmmədovanın sözlərinə görə müğənninin nəşi Soçidən Bakıya dəmir qutuda gətirilib. Onun cənazəsini görən molla qadınlar ağlayırmışlar. Həmin gün bir çox insan xanəndənin boğazında və yanağında olan tikiş izlərini öz gözləri ilə görürlər. Xanəndə Çəmbərəkənd qəbirstanlığında dəfn olunur. Lakin, illər keçəndən sonra Nəzakət Məmmədova Gəncədə yaşayan bacısı Kifayət Məmmədovanın yuxusuna girib ona deyir ki, məni Bakıda tək qoymusan, mən sənin yanında olmaq istəyirəm. Kifayət xanım, bacısını yuxuda görəndən sonra onun və anasının məzarını Bakıdan Gəncəyə İmamzadə Məzarlığına köçürür.
9. Müğənnin ölüm xəbəri gələndə onun ardınca ailə üzvləri gedirlər. On üç yaşlı oğlu isə Bakıda qalır Xəbəri eşidib xanəndənin evinə gedənlərdən biri də Rübabə Muradova olur. Ancaq Nəzakət xanımın on üç yaşlı oğlu onu qapıdan içəri buraxmır, deyir, yalan deyirlər mənim anam ölməyib, kim gəlsə,onu burdan qovacam. Rübabə xanım ağlayır və əhd edir ki, əgər Nəzakət sağ qalmış olsa,qara qoç qurban kəsib onun qarşısına iməkləyə-iməkləyə gedəcək.
10. Cinayətkar həkimin həbs olunması üçün xanəndənin bacısı o vaxtkı rəsmi qurumlara məktub yazır. Nəhayət məhkəmə baş tutur. Heç kimin gözləmədiyi halda bir qadın ayağa qalxıb şahid kimi ifadə verir. O, xanəndənin əməliyyat günü xəstəxanada olduğunu əməliyyat zamanı müğənninin üç dəfə möhkəmdən qışqırdığını bundan sonra isə həkimin və köməkçisinin otaqdan çıxıb qaçdığını görür. Həkim isə əməliyyat vaxtı sərxoş olubmuş. Əgər ona vaxtında tibbi yardım göstərilsə, o, sağ qalacaqmış. Sonradan aparılan istintaq zamanı bəlli olur ki, əməliyyat edən plastik cərrah yox, salonda işləyən “manikür” ustası imiş. Məhkəmə saflığından istifadə edib öncə müğənnini tora salan, daha sonra isə “canını alan” həkimə 9 il iş kəsir.