Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“İnsanı 8 saatdan çox işlədirlərsə, 2 dəfə artıq maaş ödəməlidirlər”

“İnsanı 8 saatdan çox işlədirlərsə, 2 dəfə artıq maaş ödəməlidirlər”
13-05-2022, 12:12 363 dəfə baxılıb

“Əmək qanunvericiliyinə görə insanı 8 saatdan çox işlətmək olmaz. Əgər normadan artıq işlədirlərsə, 2 dəfə artıq əməkhaqqı ödənilməlidir”.


Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib.

O, qeyd edib ki, bu məsələyə cavabdeh olan dövlət orqanları ciddi nəzarət tədbirləri həyata keçirməlidirlər: “Fermerlərdə bu pozuntular daha çoxdur. Orada qadınların əməyi istismar edilir. Bakıda çiyələyin bir kiloqramını 5 manata satırlar. 

Amma fermer bu təsərrüfatda işləyən qadınları gündə 8 saatdan artıq işlədir, günorta yeməyini də vermirlər. Onlara günə 8-10 manat pul verirlər. Bu isə ayda 240 manat edir və minimum əmək haqqından azdır. Bu məsələni fermerlərin, insanların insafına buraxmaq olmaz. Hər kəsə hər saat işləməyinə görə əməkhaqqı verilməlidir. Biz buna görə qanunvericiliyə dəyişiklik etməliyik”.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI