Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Biz 10 milyard dollar itirdik” - Prezident bir neçə il əvvəlki devalvasiyadan danışdı

“Biz 10 milyard dollar itirdik” - Prezident bir neçə il əvvəlki devalvasiyadan danışdı
13-01-2022, 00:28 212 dəfə baxılıb

“Bizim, ümumiyyətlə, iqtisadi və sosial sahədə siyasətimiz bir-birini tamamlayır. Çünki bir çox ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, o ölkələrdə ki, yalnız elmi əsaslarla təsbit edilmiş iqtisadi model həyata keçirilir, o ölkələrdə adətən əhali bundan əziyyət çəkir”.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.
"Çünki prinsip etibarilə əgər tarixə nəzər salsaq görərik ki, iqtisadi islahatlar, yəni, köklü iqtisadi islahatlar bir çox hallarda insanların rifah halına mənfi təsir göstərir. Ancaq Azərbaycanda biz elə siyasət aparırıq ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların güzəranına mənfi təsir göstərməsin.
Düzdür, istisnalar olub. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl biz çox ağır bir addımın atılmasına məcbur idik. Manatın qiymətdən düşməsi insanların rifah halına mənfi təsir göstərmişdi. Amma o addımı biz mütləq atmalı idik. Çünki əgər biz o addımı atmasaydıq, bütün valyuta ehtiyatlarımızı xərcləyə bilərdik.
Onsuz da bu addımın gecikməsi ona gətirib çıxardı ki, Mərkəzi Bankın valyuta ehtiyatları böyük dərəcədə tükənmişdi. Təqribən 10 milyard dollar vəsait manatın sabit saxlanmasına istifadə edilmişdi. Nəticə etibarilə Mərkəzi Bank manatı sabit saxlaya bilmədi və biz 10 milyard dollar valyutanı itirdik”, - İlham Əliyev əlavə edib.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI