Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Bu iki dövlət xidmətinin strukturu təsdiqləndi

Bu iki dövlət xidmətinin strukturu təsdiqləndi
22-12-2021, 22:34 334 dəfə baxılıb

Prezident İlham Əliyev Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə Fərman imzalayıb.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strukturu”, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin say həddi”, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin ali zabit heyəti vəzifələrinin siyahısı” təsdiq edilir
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
***
Prezident İlham Əliyev, həmçinin Azərbaycan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə Fərman imzalayıb.
Vətənim-Azərbaycandır.az” xəbər verir ki, Fərmana əsasən, “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamə”, “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin strukturu”, “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının və mülki işçilərinin say həddi”, “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin ali zabit heyəti vəzifələrinin siyahısı” təsdiq edilir.
Azərbaycan Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi mühafizəsini təmin etdiyi şəxslərin siyahısı barədə təkliflərini Azərbaycan Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI