Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İqtisadiyyat Nazirliyinə məxsus şirkətlə bağlı - Qərar

İqtisadiyyat Nazirliyinə məxsus şirkətlə bağlı - Qərar
3-12-2021, 20:30 191 dəfə baxılıb

Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinə məxsus "Tikinti Təchizat Birliyi” MMC-nin fəaliyyətinin təmin edilməsi haqqında ölkə konstitusiyasını rəhbər tutaraq və İqtisadiyyat Nazirliyinin təklifini nəzərə alaraq qərar qəbul edib.

Vətənim-Azərbaycandır.az”ın mılumatına görə, qərarda deyilir ki, şirkətin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına İqtisadiyyat Nazirliyi üzrə mərkəzləşdirilmiş qaydada tikinti obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni obyektlərin tikintisi ilə bağlı daxilolmaların 1%-ə qədəri, həmçinin, mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25%-i həddində müəyyən edilir.
Xatırladaq ki, "Tikinti-Təchizat Birliyi”nin yaradılması Prezident İlham Əliyevin bu il iyunun 26-da imzaladığı fərmanda öz əksini tapıb.
Fərmana əsasən, yeni şirkət İqtisadiyyat Nazirliyinin tabeliyindəki Təsərrüfat Müəssisəsi və nazirliyin strukturuna daxil edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin təsisçisi olduğu “Tikilməkdə olan obyektlər müdiriyyəti” MMC-nin əsasında yaradılmalıdır.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI