Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Mikayıl Cabbarov Dünya Bankının regional vitse-prezidenti ilə görüşdü - Foto

Mikayıl Cabbarov Dünya Bankının regional vitse-prezidenti ilə görüşdü - Foto
18-11-2021, 12:26 200 dəfə baxılıb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Anna Byerde ilə görüşüb.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, nazir Azərbaycanın beynəlxalq maliyyə qurumları, həmçinin Dünya Bankı ilə tərəfdaşlığa böyük önəm verdiyini, Bankın texniki yardım və maliyyə dəstəyinin yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulanıb ki, Azərbaycan və Dünya Bankı arasında çoxşaxəli sahələrdə əməkdaşlıq qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verilib.
A.Byerde Bankın ölkəmizlə səmərəli əməkdaşlığını vurğulayıb, Azərbaycanda aparılan iqtisadi islahatların dəstəkləndiyini bildirib.
Tərəflər birgə layihələrin icra vəziyyətini və yeni əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.


ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI