19:25 - Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb
19:24 - KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır
19:19 - Prezident bir qrup sumqayıtlı şəxsi təltif edib - SƏRƏNCAM
19:18 - Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb
19:15 - Dövlət agentliyində yüksək vəzifələrə TƏYİNATLAR
19:11 - Laçında 4.5 bal gücündə zəlzələnin baş vermə anı
19:10 - Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib
19:06 - Azərbaycan musiqisinin tacı Üzeyir Hacıbəyov anım günüdür
19:03 - COP29 üçün nəzərdə tutulan avtobuslar fəaliyyətini DAYANDIRIR
13:02 - COP 29-da Qadın Həmrəyliyi
00:54 - Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib
00:52 - COP29 Sədrliyi bəyanat yaydı
00:51 - Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb
00:49 - Xankəndidə ilk solo konsert keçiriləcək
00:46 - İlham Əliyev ədliyyə nazirinə ali xüsusi rütbə verdi
Kürdəmirdə arıçılıq təsərrüfatları yaradılıb - Fotolar
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holdinq”in dəstəyi ilə həyata keçirilən AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “ECOserve” (Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarəedilməsi və ekosistem xidmətlərinin qorunması) layihələri çərçivəsində Kürdəmir rayonundan olan qadın fermerlərə dəstək göstərilib. Arıçılıq sahəsi üzrə fəaliyyət göstərmək istəyən qadınlar üçün arıçılıq təsərrüfatları yaradılıb.
“Vətənim-Azərbaycandır.az” xəbər verir ki, yaradılan arıçılıq təsərrüfatları ilə tanış olmaq məqsədi ilə 11 noyabr tarixində Kürdəmir rayonunun Garis-Əyribənd kəndində qadın arıçılarla görüş keçirilib. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev, Almaniyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini Heiko Schwarz, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) Azərbaycan Ofisinin rəhbəri Karin Hörhan və layihələrə müraciət etmiş qadın fermerlər iştirak ediblər.
Görüşdə çıxış edən natiqlər həyata keçirilən layihənin regionlarda məşğulluğun inkişafına və aqrar sektorda qadınların sayının artmasına töhfə verdiyini vurğulayıblar. Layihələr çərçivəsində göstərilən dəstək tədbirləri fermer təsərrüfatlarının inkişafına şərait yaratmaqla yanaşı, həm də yeni təsərrüfatlar yaradaraq ölkədə aqrar sahənin inkişafını stimullaşdırır. Görüşdən sonra iştirakçılar qadın fermerlərin idarə etdikləri təsərrüfatlara baxış keçiriblər.
Layihələr çərçivəsində göstərilən dəstək tədbirlərindən Kürdəmir rayonunun Bağman, Garis-Əyribənd və Karrar kəndlərindən olan və layihələrə müraciət edən qadın fermerlər faydalanıblar. Arıçılıq fəaliyyətinə başlamaq istəyən qadın fermerlər üçün arıçılıq sahəsi üzrə nəzəri və təcrübi modullardan ibarət təlimlər keçirilib. Təlimlər modulunu uğurla tamamlayan qadın arıçılar müvafiq sahə üzrə arı yeşikləri, arı ailələri və müxtəlif ləvazimatlarla (çərçivə, arıçı geyimi, mum əridən qurğu, arı şanı, bal süzən qurğu və s.) təmin olunublar. Həmçinin dəstək göstərilən arıçılar təsərrüfatların dayanıqlığının təmin olunması məqsədilə növbəti 1 il ərzində konsultasiya xidmətindən də yararlana biləcəklər.
Qeyd edək ki, layihələr çərçivəsində göstərilən dəstək tədbirləri bundan sonra da davam etdiriləcək.