Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Şuşada istilik mövsümü ilə bağlı qazanxanalar istifadəyə veriləcək.

Şuşada istilik mövsümü ilə bağlı qazanxanalar istifadəyə veriləcək.
30-10-2021, 13:11 155 dəfə baxılıb

İdarələrarası Mərkəzin “Enerji təminatı məsələləri üzrə” İşçi Qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, iclasda Şuşa şəhərinin əsas bina və obyektlərinin istilik enerjisi ilə təmin olunması üzrə görülən işlərlə bağlı aparılmış növbəti monitorinqin nəticələri haqqında məlumat verilib, enerji təminatında keyfiyyətin və davamlılığın təmin olunmasına dair müzakirələr aparılıb. İstilik qazanxanalarının tikintisi istiqamətində görülən işlərin cari vəziyyəti nəzərdən keçirilib, lazımi avadanlıqların və materialların daşınması və quraşdırılması ilə bağlı həyata keçirilən tədbirlər diqqətə çatdırılıb.
Qazanxanaların noyabr ayından etibarən istilik mövsümünə tam hazır olacağı bildirilib.
İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə hazırlanmış layihəsinə dair təqdimat nümayiş etdirilib, konsepsiya haqqında ətraflı məlumat verilib, suallar cavablandırılıb.
Qarabağ və Şərqi Zəngəzurun enerji təminatında bərpa olunan enerji mənbələrindən maksimum istifadə edilməsinin və enerji dəyər zənciri mərhələlərində ekoloji təmiz, enerjisəmərəli, müasir və innovativ texnologiyaların tətbiqinin nəzərdə tutulduğu bildirilib.
Enerji tələbatı və təchizatı ssenarisinin müəyyən edilməsi məqsədilə konsepsiya çərçivəsində 3 ssenari üzrə təhlillər aparıldığı vurğulanıb. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qarabağ Rəqəmsal Geoİnformasiya Sisteminə qoşulmanın və məlumat mübadiləsinin vəziyyətinə dair növbəti hesabat dinlənilib.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI