Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Qarabağa qayıdacaq vətəndaşlar güzəştli bank xidməti ala bilər.

Qarabağa qayıdacaq vətəndaşlar güzəştli bank xidməti ala bilər.
13-10-2021, 16:19 206 dəfə baxılıb


"Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi və Qarabağ Dirçəliş Fondu (QDF) arasında işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, dayanıqlı iqtisadiyyata, yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi üçün Əməkdaşlıq Memorandumu imzalanıb.
"Ölkə.Az" bu barədə Assosiasiyaya istinadən xəbər verir. 
Məlumata görə, sənədi ABA-nın Rəyasət Heyətinin sədri Zakir Nuriyev və QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıb.
Əməkdaşlıq Memorandumunun məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığın həyata keçirilməsini, eyni zamanda mümkün olduğu halda bankların xidmət şəbəkəsi, məhsulları və digər resurslarının səfərbər olunması vasitəsi ilə QDF-ə köçürülən ianələrin artımını təşviq etməkdir.
Razılaşmaya əsasən, yuxarıda qeyd olunan məqsədlərə nail olmaq üçün sənəddə QDF və ABA üzvləri arasında əməkdaşlıq mühitinin və kommunikasiyasının yaradılması, mövcud işçi qruplarının təlimatlandırılması ilə yanaşı ehtiyac olduğu təqdirdə yeni işçi qruplarının yaradılması, QDF-in işçi qruplarının iclaslarında iştirakının təmin edilməsi, Fondun təqdim etdiyi layihələrin ABA üzvlərinə kommunikasiya edilməsi, maliyyələşdirilməsi imkanlarının təhlili və araşdırılması kimi məsələlər öz əksini tapıb.
Bu əməkdaşlıq eyni zamanda işğaldan azad edilən ərazilərə qayıdacaq vətəndaşların güzəştli bank xidmətləri, eləcə də həmin ərazilərdə fəaliyyət göstərəcək şirkətlərin güzəştli bank xidmətləri ilə təmin edilməsi imkanlarının araşdırılması kimi əhəmiyyətli mövzuları da əhatə edir.
Tərəflər bu əməkdaşlığın işğaldan azad edilən ərazilərin bərpası, yenidənqurulması, sosial-iqtisadi rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdə əhəmiyyətli rol oynayacağını ifadə ediblər.
"ABA üzvləri şanlı qələbəyə aparan 44 günlük müharibə zamanı xalqımızın və dövlətimizin yanında olmağa, ümumi məqsədlərimizə çatmağa töhfə verməyə çalışıblar. Belə ki, Silahlı Qüvvələrə Yardım Fonduna banklar və qrupların köçürmələri 5,7 milyon manat təşkil edib. 
ABA üzvləri Prezidentin tapşırıqları və Azərbaycan Mərkəzi Bankının tövsiyəsi ilə hərbçilərimizin və düşmən təxribatı nəticəsində zərər dəymiş vətəndaşlarımızın dəstəklənməsi məqsədilə birgə bəyanatla çıxış ediblər. Bu bəyanatla yanaşı banklar da fərdi yanaşma əsasında şəhid ailələrinin, yaralı hərbçilərin və mülki şəxslərin öhdəliklərinin silinməsini təmin ediblər.
Nəticədə banklar və bank olmayan kredit təşkilatları, o cümlədən bağlanmış bankların hesabına 1 023 şəhidin ümumi məbləği 8 milyon manatdan çox 1 745 krediti üzrə əsas və faiz borcu tamamilə silinib. Həmçinin yaralı hərbçilərimizin faiz ödənişlərinin hesablanması dondurulmuş, şəhid ailələrinə və zərərçəkən mülki şəxslərə də geniş güzəştlər edilib.
İndiyə qədər QDF-yə bankların etdiyi ianələrin məbləği 2,55 milyon manat təşkil edib. “YAŞAT” Fondu ilə ABA arasında anlaşma Memorandumu imzalanıb ki, bu da bundan sonra bu dəstək tədbirlərinin davamlı və daha sistemli həyata keçirilməsinə töhfə verir. “YAŞAT” Fonduna isə ABA üzvlərinin köçürdüyü vəsaitin məbləği 2,9 milyon manat təşkil edib. 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI