Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Dünya çempionu Azərbaycan çempionatına qələbə ilə başladı

Dünya çempionu Azərbaycan çempionatına qələbə ilə başladı
12-01-2022, 00:28 209 dəfə baxılıb

Bu gün kişi boksçular arasında Azərbaycan çempionatına start verilib.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, 29 komandanın 100 idmançısının qatıldığı yarışın ilk günündə 16 döyüş baş tutub.
Görüşlərdən öncə Vətən müharibəsi şəhidləri və Azərbaycan boksunun inkişafında xidmətləri olan Tofiq Babanlının xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.
Ardınca 63,5, 67 və 71 kq çəki dərəcələrində ilkin qarşılaşmalar olub və növbəti mərhələyə vəsiqə qazanan idmançıların adlarına aydınlıq gəlib.
Yığma üzvü Cavid Çələbiyev ilk döyüşündə asan qələbə qazanıb. Dünya çempionu rəqibini tam üstünlüklə məğlub edib.
Azərbaycan çempionatı
63,5 kq
Malik Həsənov (“Neftçi” İK) – Cavidan Sərkərli (Qəbələ) – ikinci döyüşə gəlməyib
Ramil Məmmədzadə (Sumqayıt) – Sərxan Qurbanzadə (“Qızıl Əlcək” İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Cəlal Qurbanov (“Səbail” İK) – Miradam İbrahimov (Biləsuvar) – 4:1
Şamil Həbibov (DİN İK) – Bəxtiyar Qazıbəyov (DİN İK) – 1:4
67 kq
Cavid Çələbiyev (“Qəbələ” İK) – Nicat Əliheydərov (“Naxçıvan” İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Pərvin Heydərov (“Qızıl Əlcək” İK) – Etibar Cavadov (“Məhsul” İC) – ikinci döyüşə gəlməyib
Rəhman Quliyev (Gəncə) – Elmir Novruzov (Sumqayıt) – 4:1
Ümid Ağayev (BFL) – Xanbala Qurbanov (BFL) – 0:5
Turan Quluzadə (“Qızıl əlcək” İK) – Elməddin İsmayılov (“Zenit” İK) – 0:5
71 kq
Niyaməddin Allahverdiyev (Gəncə) – Ümid Hüseynli (Z-1 İK) – birinci tam üstünlüklə qələbə qazanıb
Xəzər Əliyev (“Qəbələ” İK) – Fərid İsmayıllı (Qəbələ) – 4:1
Ruslan Məmmədov (“Kür” İK) – İqor Platonov (DGK İK) – 5:0
Səbuhi Abışov (MOİK) – Rəşid Həsənov (BFL) – ikinci tam üstünlüklə qalib gəlib
Mirrahib Məmmədov (Sumqayıt) – Hüseyn Mustafazadə (“Naxçıvan” İK) – 1:4
Şamil Allahverdiyev (Qəbələ) – Laçın Balakişiyev (DİN İK) – birinci döyüşə gəlməyib
Qəşəm Məmmədov (“Sərhədçi” İK) – Nicat Həsənov (“Qızıl Əlcək” İK) – 0:5

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI