Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

İstanbul derbisində qalib müəyyənləşmədi

İstanbul derbisində qalib müəyyənləşmədi
20-12-2021, 07:34 243 dəfə baxılıb

Futbol üzrə Türkiyə çempionatının XVII turu çərçivəsində keçirilən qarşılaşmada “Fənərbağça" doğma meydanda "Beşiktaş”ı qəbul edib.

"Vətənim-Azərbaycandır.az" xəbər verir ki, gərgin keçən görüşdə hesabı 14-cü dəqiqədə meydan sahiblərinin hücumçusu Mesut Özil açıb. Lakin 11 dəqiqə sonra qonaqların yarımmüdafiəçisi Yosef de Souza vurduğu qolla hesabı bərabərləşdirib. Oyunun 30-cu dəqiqəsində "Fənərbağça"nın hücumçusu Mergim Berişa komandasını hesabda irəli çıxarıb. İkinci hissənin 59-cu dəqiqəsində Yosef de Souza yenidən hesaba tarazlıq gətirib.
Günün digər matçlarında "Rizəspor" öz meydanında "Yeni Malatyaspor"u 1:0 hesabı ilə üstələyib. "Fatih Karagümrük" səfərdə "Göztəpə"ni minimal hesabla məğlub edib - 1:0. "Kayserispor" - "Antalyaspor" matçında isə qapılara qol vurulmayıb - 0:0.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 42 xalla "Trabzonspor" başçılıq edir. Ondan 9 xal geri qalan "Konyaspor" ikinci, sonuncudan dörd xal geri qalan "Başakşəhər" isə üçüncü pillələrdə qərarlaşıblar.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI