Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Qarabağ”ın rəqibi kim olacaq? - Bu gün püşkatmadır

“Qarabağ”ın rəqibi kim olacaq? - Bu gün püşkatmadır
13-12-2021, 08:19 208 dəfə baxılıb

Bu gün Konfrans Liqasında pley-offun püşkü atılacaq.

Vətənim-Azərbaycandır.az” xəbər verir ki, Bakı vaxtı ilə 17:00-da başlayacaq tədbirdə “Qarabağ”ın da rəqibi bəlli olacaq. 
Əvvəlcədən məlum olduğu kimi, püşkatma öncəsi komandalar iki səbətə bölünüb. 
“Qarabağ” qrup ikincisi kimi səpələnmişlər sırasındadır.
Avropa Liqasından üçüncü yer sahibi kimi bura yuvarlananlar səpələnməmişlər səbətindədir. Pley-offun ilk matçları da səpələnməmişlərin meydanında baş tutacaq. 
Bu mərhələdə eyni ölkə təmsilçiləri bir-biri ilə görüşə bilməz.
Səpələnmişlər
“Bodo Qlimt” (Norveç)
“Makkabi” (Təl-Əviv, İsrail)
PAOK (Yunanıstan)
“Partizan” (Serbiya)
“Qarabağ” (Azərbaycan)
“Randers” (Danimarka)
“Slaviya” (Çexiya)
“Vitess” (Niderland)/“Tottenhem” (İngiltərə)
Səpələnməmişlər
“Seltik” (Şotlandiya)
“Fənərbaxça” (Türkiyə)
“Lester” (İngiltərə)
“Marsel” (Fransa)
“Midtülland” (Danimarka)
PSV (Niderland)
“Rapid” (Avstriya)
“Sparta” (Çexiya)
Qeyd edək ki, pley-offda iştirak edəcək komandalardan biri hələ dəqiqləşməyib. Ləğv edilən “Tottenhem” – “Renn” görüşünün taleyi bilindikdən sonra İngiltərə təmsilçisinin, yoxsa “Vitess”in qrup ikinci olacağı dəqiqləşəcək.
Əlavə edək ki, pley-offun ilk oyunları gələn il fevralın 17-də, cavab matçları 24-də keçiriləcək. 1/8 finalın püşkü fevralın 25-də atılacaq.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI