Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Mahir Emreliyə uzun ötürmələr “Legiya”nın təhlükəli silahı ola bilər”

“Mahir Emreliyə uzun ötürmələr “Legiya”nın təhlükəli silahı ola bilər”
9-12-2021, 17:41 214 dəfə baxılıb

“Legiya”nın sabiq baş məşqçisi Çeslav Mixneviç Varşava təmsilçisinin bu gün Avropa Liqasında Moskva “Spartak”ına qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bildirib.

 “Vətənim-Azərbaycandır.az” xəbər verir ki, “Matç” TV-yə müsahibə verən Mixneviç, azərbaycanlı hücumçu Mahir Emreli haqda da danışıb:
“Düşünürəm ki, “Legiya” səbrlə şanslarını və əks-hücumları gözləyəcək. Onlar standart vəziyyətlərdən istifadə etməyə çalışacaqlar. Hava şəraiti “Legiya”lılar üçün üstünlük ola bilər. Şaxta ot örtüyünün vəziyyətinə təsir göstərə bilər. Həmin vaxt ruslar üzərində üstünlükdən yararlanmaq çətinləşəcək. Mahir Emreliyə verilən uzun ötürmələr “Legiya”nın təhlükəli silahı ola bilər. O, “Spartak”ın ləng mərkəz müdafiəçilərini asanlıqla keçə bilən hücumçudur. Pekhart oynasa, cinahlardan daha çox ötürmələr olacaq”.
Bu gün keçiriləcək “Legiya” – “Spartak” matçı saat 21:45-də başlayacaq.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI