Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

“Ermənilər məğlubiyyəti həzm edə bilməyib dava saldılar” - İslam Abbasov

“Ermənilər məğlubiyyəti həzm edə bilməyib dava saldılar” - İslam Abbasov
23-11-2021, 19:33 192 dəfə baxılıb

Xəbər verdiyimiz kimi, Fransada klublarası güləş çempionatında “Şiltqem” komandasının heyətində çıxış edən Azərbaycan millisinin üzvü İslam Abbasov erməni Edqar Xaçaryanı 6:3 hesabı ilə məğlub edib.

Vətənim-Azərbaycandır.az”ya açıqlama verən İ. Abbasov görüşdən sonra azərbaycanlı və erməni azarkeşlər arasında dava düşdüyünü bildirib:
“Klubumuza qələbə lazım idi və mənə təklif etdilər ki, bir çəki yuxarıda güləşim. Razılaşdım və xalçaya çıxdım. Rəqibim erməni idmançı idi. Tam kökləndim və ona qalib gəldim. Baxmayaraq ki, rəqib güclü və çəkidə məndən ağır idi. Erməni azarkeşlər də onu dəstəkləyirdi. Bilirdilər ki, Azərbaycandan gəlmişəm.
Ona qalib gəldiyim görüşdən sonra isə insident oldu. Bizim azarkeşlərlə ermənilər arasında dava düşdü. Sonra polis və mühafizəçilər aranı sakitləşdirdi. Fransada ermənilərin sayı çox olduğu üçün qələbəmi həzm edə bilmirdilər. Ona görə dava saldılar. Ermənilər görüşdən əvvəl deyirmişlər ki, ona uduzmaq olmaz. Türkdür onu məhv eləmək lazımdır. Onlar belə sözlər danışsalar da, həmişə bizə uduzublar. Tribunada şüarlar səsləndirsələr də, onlara fikir vermədim, motivasiya olub güləşdim. Həmin an heç nə eşitmirdim. Sonra bizim azarkeşlər mənə dedi ki, bəs hadisə bu şüarlar üstündə baş verib”. 

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI