Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Çempionlar Liqasında bu günə olan oyunlar.

Çempionlar Liqasında bu günə olan oyunlar.
3-11-2021, 09:29 231 dəfə baxılıb

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura yekun vurulacaq. “Vətənim-Azərbaycandır.az” xəbər verir ki, ikinci oyun günündə də 8 qarşılaşma baş tutacaq.

A qrupunda “Mançester Siti” doğma azarkeşləri önündə “Brügge”ni qəbul edəcək. Almaniya “Leyptsiq”i isə Fransanın PSJ klubu ilə münasibətlərə aydınlıq gətirəcək.
B qrupunda isə “Milan” “Portu”nu qəbul edəcək. “Atletiko” isə səfərdə “Liverpul”un qonağı olacaq.
C qrupunda Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” Portuqaliyada “Sportinq”in qonağı olacaq. Qrupun digər matçında isə “Borussiya” (Dortmund) klubu Niderland “Ayaks”ı ilə münasibətlərə aydınlıq gətirəcək.
D qrupunda qərarlaşan “Real” İspaniyada Ukraynanın “Şaxtyor” (Donetsk), Moldova “Şerif”i isə İtaliyanın “İnter” komandası ilə üz-üzə gələcək.
A qrupu
00:00. "Mançester Siti" (İngiltərə) - "Brügge" (Belçika)
00:00. "Leyptsiq" (Almaniya) - PSJ (Fransa)
Xal durumu: PSJ - 7, "Mançester Siti" - 6, "Brügge" - 4, "Leyptsiq" - 0.
B qrupu
21:45. "Milan" (İtaliya) - "Portu" (Portuqaliya)
00:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya)
Xal durumu: "Liverpul" - 9, "Atletiko" - 4, "Portu" - 4, "Milan" - 0
C qrupu
00:00. "Sportinq" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə)
00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Ayaks" (Niderland)
Xal durumu: "Ayaks" - 9, "Borussiya" - 6, "Sportinq" - 3, "Beşiktaş" - 0.
D qrupu
21:45. "Real Madrid" (İspaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
00:00. "Şerif" (Moldova) - "İnter" (İtaliya)
Xal durumu: "Şerif" - 6, "Real Madrid" - 6, "İnter" - 4, "Şaxtyor" - 1
Qeyd edək ki, ötən gün baş tutan oyunlardan sonra Almaniyanın "Bavariya" və İtaliyanın "Yuventus" klubları pley-offa vəsiqəni təmin ediblər.




ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI