13:41 - Sumqayıtda bu əraziyə 2000 kvadratmetr asfalt örtüyü salınıb-FOTOLAR
13:27 - AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
13:24 - Azərbaycan müdafiə naziri Pakistana başsağlığı verib
13:23 - Azərbaycan neftinin qiyməti enib
01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
Kamran Ağayev 673 gün sonra meydana çıxdı
Futbol üzrə Azərbaycan millisinin sabiq qapıçısı Kamran Ağayev uzun fasilədən sonra rəsmi matça çıxıb.
"Vetenim-Azərbaycandir.az Qafqazinfo ya istinadən " xəbər verir ki, hazırda “Səbail”in formasını geyinən 35 yaşlı futbolçu bu gün ölkə kubokunun 1/4 final mərhələsinin ilk görüşündə “Sumqayıt”a qarşı oyunda iştirak edib.
Komandanın baş məşqçisi Aftandil Hacıyev təcrübəli qolkiperə start heyətində yer verib.
Qeyd edək ki, Kamran Ağayev “Səbail”ə 2020-ci ilin avqustunda keçib. Onun klubla sözləşməsi mövsümün sonunda başa çatacaq. Ağayev son rəsmi oyununu 2019-cu ilin martında “Keşlə”nin heyətində “Neftçi”yə qarşı keçirib. O, görüşün 30-cu dəqiqəsində zədələnərək meydanı tərk edib və uzun müddət futbolsuz qalıb. Bir sözlə, Ağayev 673 gündən sonra yaşıl meydanlara dönüb.