14:49 - İlham Əliyevin Nikol Paşinyanla görüşü çox konstruktiv mühitdə keçib - İLKİN NƏTİCƏLƏR
14:40 - Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
14:39 - Azərbaycanla BƏƏ hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalayıb
13:54 - Azərbaycan və Qazaxıstan hərbçilərinin iştirakı ilə PUA təlimi keçirilir
13:48 - Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
13:44 - Görkəmli şair Seyid Əzim Şirvaninin anadan olmasından 190 il ötür
13:42 - 9 iyul - Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür
12:52 - Qarabağa səfərlərlə bağlı icazə prosedurları sadələşdirilir, icazə müddəti 5 günədək artırılıb
12:50 - Milli Məclis Naxçıvan Konstitusiyasına çoxsaylı dəyişiklikləri son oxunuşda təsdiqləyib
12:46 - Polis cərimələrinin 5 faizi sosial müdafiə xəzinəsinə yönəldiləcək – QANUN DƏYİŞDİ
12:42 - Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna rektor təyin olunub
12:41 - Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirilib
12:40 - Mikayıl Cabbarov dayanıqlı inkişaf perspektivləri ilə bağlı panel müzakirədə iştirak edib
12:35 - Azərbaycanda vərəsəlik şəhadətnaməsi almaq üçün müraciət etməmiş şəxslərin hüquqları təmin ediləcək
23yaşlı hərbiçi Bakıda itkin düşüb
Bakıda 6 gündür müddətdən artıq həqiqi hərbi qulluqçu olan Türkan qəsəbə sakini İlqar Məmmədzadə naməlum şəraitdə itkin düşüb.Vetenim-Azerbaycandir.az əldə etdiyi məlumata görə, 23 yaşlı gənc ''hərbi hissədən çıxıb evə gəlirəm''- desə də, hələ də ondan bir xəbər yoxdur.
Atası Xanhüseyn Məmmədov deyir ki, övladı Suraxanı rayonunda hərbi hissələrdən birində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu olub. O, hər gün olduğu kimi səhər saat 6-da evdən çıxaraq işə gedirmiş.
İlqar Məmmədzadənin gəlmədiyini görən valideynləri onun işlədiyi hərbi hissəyə gediblər. Ordan bildiriblər ki, İlqar geri qayıtmayıb. Bundan sonar valideyn “102” xidmətinə məlumat verib.
Əmisi Təvəkkül Məmmədov isə deyir ki, İlqar çox sakit və heç kimlə ədavəti olmayan biridir. İçki və digər pis vərdişlərdən də hər zaman uzaq olub.
Polisdən İlqar Məmmədzadənin atasına bildiriblər ki, onun axtarışları aparılır və bu barədə digər polis orqanlarına da məlumat verilib.