Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Müəmmalı hepatitdən 10 uşaq öldü

Müəmmalı hepatitdən 10 uşaq öldü
9-06-2022, 02:56 259 dəfə baxılıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) İngiltərədə ortaya çıxan və sonradan bir çox ölkədə aşkarlanan mənşəyi bilinməyən hepatit virusuna yoluxan uşaqların sayının ən az 700-ə yüksəldiyini, 10 uşağın isə virus səbəbindən həyatını itirdiyini açıqlayıb.


Vətənim-Azərbaycandır.az” xarici KİV-ə istinadən xəbər verir ki, bunu təşkilatın Cenevrədəki qərargahında keçirilən mətbuat konfransında ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Qebreyesus indiyədək 34 ölkədən 700 hepatit faktının təsdiqləndiyini, 112 yoluxmanın araşdırıldığını açıqlayıb.

Virusa yoluxan ən az 38 uşağın qaraciyər transplantasiyası əməliyyatı keçirməli olduğunu bildirən Qebreyesus 10 uşağın öldüyünü qeyd edib.

O bildirib ki, ÜST üzv ölkələrlə koordinasiyada virusun mənbəyini araşdırmaqda davam edir.

Mənşəyi məlum olmayan, sarılıq, ishal, qusma və qarın ağrısı kimi simptomlarla müşayiət olunan müəmmalı hepatit 1 aydan 16 yaşa qədər uşaqlarda müşahidə edilir.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI