01:08 - Kərim Vəliyev Ankarada Türkiyənin milli müdafiə naziri ilə görüşüb
01:07 - İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
01:06 - Azərbaycanın çimərlik voleybolu üzrə milliləri Ermənistan və Gürcüstan yığmalarına qalib gəlib
01:02 - İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir
00:57 - Azərbaycan ordusunun Baş qərargah rəisi türkiyəli həmkarı ilə xüsusi müşahidəçi günündə iştirak edib
17:14 - Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
17:13 - Azərbaycanda Məhərrəm ayı başlayıb
17:11 - Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür
17:09 - Azərbaycanın 6 güləşçisi Avropa çempionatının finalına yüksəlib
17:08 - Nazir Məhsəti Allahyarovaya yüksək VƏZİFƏ VERDİ
17:06 - Ceyhun Bayramov İranın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
16:56 - Ağdama prokuror təyin olundu
16:54 - İlham Əliyev TDT ilə sazişi TƏSDİQLƏDİ
19:12 - Təbrik edirik.
Yol polislərinə zor tətbiq edən şəxs saxlanıldı
Yanvarın 17-də saat 23 radələrində Goranboy rayonu, Qızılhacılı qəsəbəsi ərazisində Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Goranboy rayon prokurorluğundan “Vətənim-Azerbaycandirşaz”a verilən məlumata görə, araşdırmalarla Goranboy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Yol Patrul Xidmətinin inspektorları Aqil Nuriyev və Rəşad Əsədovun xidməti vəzifələrini icra edərkən Qızılhacılı qəsəbə sakini, 1996-cı il təvəllüdlü Vüsal İsgəndərlinin onlara qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Vüsal İsgəndərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.