Vetenim-Azerbaycandir.Az

SON DƏQİQƏ

Narkotik çəkib Sumqayıtdan sərnişin daşıyanlar saxlanıldı - Video

Narkotik çəkib Sumqayıtdan sərnişin daşıyanlar saxlanıldı - Video
22-12-2021, 18:21 412 dəfə baxılıb

Sumqayıtdan Bakıya sərnişin daşıyan mikroavtobus sürücülərinin narkotik çəkərək maşını idarə etdiyi aşkarlanıb.

DİN Mətbuat xidmətindən “Vətənim-Azərbaycandır.az”a verilən məlumata görə, bu faktlar Sumqayıt yol polisi tərəfindən keçirilən reyd zamanı aşkarlanıb.
Sumqayıtdan paytaxt istiqamətində sərnişin daşımaqla məşğul olan “Ford” markalı mikroavtobusun sürücüsü Əli Qasımovun narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub. Avtomobildən əlavə olaraq qablaşdırılan külli miqdarda marixuana da aşkar edilib.
Eyni əməli törədən daha bir sürücü Rövşən Zeynalovun da nəqliyyat vasitəsini narkotik vasitə və psixotrop maddələrin təsiri altında idarə etdiyi müəyyən edilib.
Hər iki sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Tədbir zamanı nəqliyyat vasitələrini spirtli içkinin təsiri altında idarə edən və avtoxuliqanlıq hərəkətlərinə yol verərək digər hərəkət iştirakçılarının həyatını təhlükə altına qoyan sürücülər də saxlanılıblar. Bu sürücülər barəsində də İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib edilib.

Statistikaya görə, bu ilin əvvəlindən indiyə qədər Sumqayıt şəhərində sürücülər barəsində 51 500 inzibati protokol tərtib edilib. Hesabat dövründə 331 avtomobili sərxoş vəziyyətdə, 285 nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən, 180 nəqliyyat vasitəsini sürücülük hüquqi olmadan idarə edən, 2516 hərəkətini işıqforun qırmızı işığında davam etdirən, 16 avtoxuliqan və digər növdən olan yol hərəkəti qaydalarını pozan sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada tədbir görülüb.

ŞƏRH YAZ

OXŞAR XƏBƏRLƏR<

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR

SağlamlıqHAMISI

MədəniyyətHAMISI

SosialHAMISI

TexnologiyaHAMISI